Çinin Ticarət Nazirliyi iyulun 11-də 23 Çin təşkilatının ABŞ-ın iqtisadi qara siyahısına iddia edilən insan haqları pozuntuları və hərbi əlaqələr daxil olduğu mövzulara əlavə edilməsinə "qətiyyətlə qarşı olduğunu" bildirib.
Bəs ABŞ-ın Çinə qarşı sanksiya siyasəti ticarət müharibələrini alovlandıra bilərmi?
Sputnik Azərbaycan mövzu ilə bağlı Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini öyrənib.
Professor bildirib ki, ABŞ-ın Çinin güclənməsinə qarşı narahatlığı hələ Obamanın administrasiyası dönəmində başlamışdı: “Yeni Bayden administrasiyası da Çinə çox böyük və xüsusi diqqət ayırır. Qeyd etmək lazımdır ki, sanksiyalar iqtisadi səbəblərlə məhdudlaşmır, onun siyasi arxa fonu var. ABŞ Çinin Tayvana münasibəti, eyni zamanda regionda artan gücü ilə bağlı narahatdır. Bu gün dünyada yazı keçiricilər texnologiyası sahəsində Tayvan, Cənubi Koreya və yaponiya öncüllük edən üç ölkədir. Çin bu sahədə geri qaldığı üçün Tayvanın üzərində hakimiyyətini qurmaq istəyir. Eyni zamanda ABŞ da bu baxımdan geridədir və əgər Çin bu sahədə irəli çıxacaq hər hansı addım atarsa, ABŞ Çindən bu sahədə də asılı vəziyyətə düşə bilər. Yaponiya ABŞ-ın Çinə qarşı tədbirlərinə dəstək versə də, Cənubi Koreya bu məsələdə daha ehtiyyatlı davranır. Düşünürəm ki, ABŞ-ın Çinə qarşı bu addımları yenilik deyil və bu daha öncəki administrasiyaların siyasətinin davamıdır”.
Rövşən İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz