Ermənilərin Qarabağdan talayıb Gürcüstanda satdıqları heykəlləri Azərbaycan pulla alıb

© Sputnik / Murad OrujovВид на город Шуша, фото из архива
Вид на город Шуша, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Hesabatda həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi (BMTM) "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb. BMTM-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin "erməniləşdirilməsi" və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Hesabatda qeyd olunur ki, Ermənilər Azərbaycan şəhərlərini işğal edərkən şəhərlərdəki mədəniyyət evləri dağıdılır, talan edilir, nümayiş olunan sərgiləri müxtəlif ölkələrdə satışa çıxarılırdı:

"Məsələn, Şuşanın şairəsi Natəvanın, müğənni və bəstəkar Bülbülün və bəstəkar Üzeyir Hacıbəylinin bürünc heykəlləri Gürcüstanda bürünc metal kimi satılırdı. Azərbaycan hökuməti 500.000 dollara onları alıb, ölkəyə gətirib. Şuşa azad edildikdən sonra heykəllər öz yerlərinə, vətənlərinə qaytarıldı".

Hesabatda həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib. Hesabatı oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz: https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf

 

Xəbər lenti
0