Gözlənildiyi kimi, İtaliya və İngiltərə futbol komandalarının azarkeşləri İtaliya yığmasının penaltilərlə İngiltərə komandasına qalib gəldiyi AVRO-2020-nin başa çatmasına müxtəlif şəkildə reaksiya verdilər.
Beləliklə, Romanın mərkəzindəki fan-zonasına toplaşan italyanlar oyunun taleyini həll edən penaltini sevinc hayqırtıları ilə qarşıladılar. Daha sonra futbol həvəskarları milli komandalarının qələbəsini İtaliya paytaxtının mərkəzi meydanında qeyd etməyə başladılar. Bir müddət sonra bu təntənə diskotekaya çevrildi. Tədbirin ən diqqət çəkən məqamı isə dövlət himninin oxunması oldu.
İngilis azarkeşləri isə əksinə, final oyunundan sonra çox dilxor olmuşdular. İngiltərəli futbol fanatları finaldakı nəticə məlum olandan sonra məşəl yandırıb hirslərini zibil qablarından çıxmağa başlayıblar. Bununla belə, Londonun mərkəzində ciddi qanun pozuntusu qeydə alınmayıb. Rəsmi məlumatlara görə, polis ən çılğın azarkeşlərdən 45 nəfəri saxlayıb.
Qeyd edək ki, Avropanın 11 şəhərində keçiriləm AVRO-2020 oyunlarını stadionlarda bir milyondan çox azarkeş izləyib. 51 oyun içərisində ən çox tamaşaçı İtaliya ilə İngiltərə komandaları arasında keçirilən final qarşılaşmasına qatılıb. "Uembli" stadionunda keçirilən həmin oyunu 67 min 173 tamaşaçı izləyib. Londondakı arenada baş tutan yarımfinallar da tamaşaçıların sayına görə ilk üçlüyə düşüb.
İngilis azarkeşlərin İtaliyanın AVRO-2020-dəki qələbəsinə reaksiyası.
İngilis azarkeşlərin İtaliyanın AVRO-2020-dəki qələbəsinə reaksiyası.