CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki metro stansiyasını birləşdirən yol təmirə bağlanır

© Baku Metro Closed Joint-Stock Company“Cəfər Cabbarlı” stansiyasında
“Cəfər Cabbarlı” stansiyasında  - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, təmirə görə "Xətai-Cəfər Cabbarlı" mənzilində hərəkət məhdudlaşdırılmayıb.

BAKI, 12 iyul — Sputnik. "Cəfər Cabbarlı" stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsi başlanır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq: "Hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilərək yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb. Əsas məsələ isə budur ki, "Xətai-Cəfər Cabbarlı" mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib. Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır".

Onun sözlərinə görə, təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq: "Burada da Bənövşəyi xəttin "8 Noyabr", Yaşıl xəttin "Xətai" və "Elmlər Akademiyası" stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq.

© Baku Metro Closed Joint-Stock Company"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyası
İki metro stansiyasını birləşdirən yol təmirə bağlanır - Sputnik Azərbaycan, 1920, 12.07.2021
"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyası

"Cəfər Cabbarlı" stansiyasında birinci yolun divarı və platformaaltı sahə əsaslı təmir olunacaq, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq. Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq.

Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək".

Qurum rəsmisi qeyd edib k ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır:

"İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində "Xətai-Cəfər Cabbarlı" mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə "Xətai" stansiyasına hərəkət edəcək.

© Baku Metro Closed Joint-Stock Company"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyası
İki metro stansiyasını birləşdirən yol təmirə bağlanır - Sputnik Azərbaycan, 1920, 12.07.2021
"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyası

Stansiyanın ikinci yolunda aparılan təmir və yenidənqurma prosesində hərəkətin təşkili ilə bağlı əsas işlər tamamlanıb. Burada yol infrastrukturu tamamilə yenilənib, həmçinin müvafiq gücləndirmə tədbirləri yekunlaşdırılıb. Döşəmə və divarlarda üzləmə işləri aparılıb.

"Cəfər Cabbarlı-Xətai" mənzilində də tunellərin və şaxtaların təmir-bərpa işləri davam etdiriləcək. Əvvəlki mərhələdə olduğu kimi bu dəfə də birinci yol və ona bitişik tunellərdə təmir müntəzəm qaydada təşkil ediləcək. Digər sahələrdə təmir yalnız gecə növbələrində yerinə yetiriləcək.

Ağır hidrogeoloji şəraitə malik "Cəfər Cabbarlı-Xətai" mənzilində, hərəkətin məkik qaydada təşkili də infrastruktura və tunellərin vəziyyətinə mənfi təsir göstərir. Hazırda tunellərin sağlamlaşdırılması çərçivəsində gücləndirmə, korroziyadan təmizlənmə işi aparılır, axıntılar ləğv edilir, tübinqlərin yararsız boltları dəyişdirilir, korroziya əleyhinə boyaq maddəsi vurulur. Tunellərdə müvafiq gücləndirilmə ilə yanaşı, havalandırma sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir, yeni imkanlar yaradılır. Bu isə gələcəkdə tunellərin və buradakı avadanlıqların istismar ömrünün uzadılmasına əsaslı təsir göstərəcək".

Həmçinin oxuyun:

Qatar gəlir uzaqdan: RF-in metro vaqonları keçmiş SSRİ-nin hansı ölkələrinə göndərilir

Hər kəsin səbirsizliklə gözlədiyi an - metro açıldı

Xəbər lenti
0