Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Ruslar və ukraynalıların tarixi birliyi haqqında" məqalə yazıb.
Putin yazdığı məqalədə vurğulayır ki, Rusiya sadəcə Kiyevi tanımaqla kifayətlənməyib, həmçinin Ukraynanın müstəqil dövlət kimi formalaşmasında çox şeyi edib.
Rusiya Prezidenti öz məqaləsində bildirir ki, Rusiya və Ukraynanın ümumi mədəni irsini – yazıçı Nikolay Qoqol və şair Taras Şevçenkonun əsərləri kimi irsi bölmək mümkün deyil və buna ehtiyac da yoxdur.
Vladimir Putin eyni zamanda qeyd edib ki, Ukraynanın həqiqi suverenliyi məhz Rusiya ilə tərəfdaşlıqda mümkündür: "Rusiya Ukrayna ilə dialoqa açıqdır və ən çətin məsələləri müzakirə etməyə hazırdır. Ancaq tərəfdaşımızın öz milli maraqlarını müdafiə etdiyini və başqalarına xidmət etmədiyini, kiminsə əlində bizə qarşı mübarizə aparmaq üçün bir vasitə olmadığını başa düşməyimiz vacibdir".
O, bildirib ki, Rusiyada Ukrayna dilinə və ənənələrinə hörmətlə yanaşırlar: "Ukrayna dilinə və ənənələrinə hörmət edirik. Ukraynalıların öz dövlətlərini azad, təhlükəsiz, firavan görmək cəhdlərinə hörmətlə yanaşırıq".
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, Vladimir Putin Rusiya vətəndaşları ilə "Birbaşa bağlantı" zamanı Rusiya və Ukrayna haqqında analitik məqalə yazacağını bildirmişdi. Putin bildirmişdi ki, Rusiya və Ukrayna xalqlarını vahid hesab edir.
Rusiya Prezidenti ümid etmişdi ki, onun məqaləsi ilə hər iki ölkənin vətəndaşları tanış ola biləcəklər.
Həmçinin oxuyun:
Putin II Dünya müharibəsi ərəfəsində baş verənlərin öyrənilməsinin zəruri olduğunu deyib
Putin Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyasını təsdiqlədi
Bunlar dünya üçün təhdiddir – Putin siyahını açıqladı