09:23 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
RUSİYA
Qısa URL
23 0 0

Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyası - Rusiyanın milli maraqlarını və strateji milli prioritetlərini müəyyənləşdirən əsas strateji planlaşdırma sənədidir.

BAKI, 3 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyasını təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə fərman rəsmi hüquqi internet portalında yayımlanıb.

"Rusiya Federasiyasının əlavədə qeyd edilmiş Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyirəm", - fərmanda deyilir.

Fərmanın imzalandığı gündən qüvvəyə mindiyi qeyd olunur.

Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyasının mahiyyəti

Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyası - Rusiyanın milli maraqlarını və strateji milli prioritetlərini, uzunmüddətli perspektivdə milli təhlükəsizliyin gücləndirilməsinə və davamlı inkişafının təmin edilməsinə yönəlmiş daxili və xarici siyasət sahəsindəki hədəfləri, vəzifələri və tədbirləri müəyyənləşdirən əsas strateji planlaşdırma sənədidir. Strategiyanın əvvəlki versiyası Rusiya Federasiyası Prezidentinin 31 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmişdi.

Strategiyanın yeni versiyası bu ilin may ayının sonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin o vaxt söylədiyi kimi, yenilənmiş strategiya Rusiya xalqının həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qorunmasına, Rusiya Federasiyasının müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə, Rusiya cəmiyyətinin daxili birliyinə və həmrəyliyinə kömək üçün, milli inkişaf hədəflərinə nail olmaq, ölkənin rəqabət qabiliyyətini və beynəlxalq nüfuzunu artırmaq məqsədilə hazırlanıb.

Strategiyanın yeni versiyasında ən yüksək prioritet Rusiya xalqının qorunub saxlanmasına verilir. Bundan əlavə, Rusiyanın beynəlxalq aləmdə proqnozlaşdırılma səviyyəsinin artırılma, güvən və təhlükəsizliyi yaxşılaşdırmaq istəyi vurğulayır. Eyni zamanda, Rusiya Federasiyasının suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan dost olmayan hərəkətlərin qarşısını almaq üçün simmetrik və asimmetrik tədbirlərin qəbul edilməsinin qanuniliyi qeyd edilir.

Eləcə də oxuyun:

Teqlər:
təsdiq, Vladimir Putinin, milli təhlükəsizlik strategiyası, Rusiya

Əsas mövzular