BAKI, 12 iyul — Sputnik. Futbol üzrə İngiltərə millisinin müdafiəçisi Lük Şou Avropa çemionatlarının final mərhələlərində ən tez qolu vurub. Bu barədə Opta statistika xidməti məlumat verir.
İyulun 11-dən 12-nə keçən gecə Londonun "Uembli" stadionunda İngiltərə və İtaliya milli komandaları arasında AVRO-2020 final oyunu keçirilib.
Oyunun ikinci dəqiqəsinin sonuna üç saniyə qalmış ingilislər Şounun vurduğu qolla irəli çıxıblar.
Qeyd edək ki, bu, oyunçunun milli komandanın tərkibində vurduğu ilk qoldur.