Fransa Rusiya və Çin istehsalı olan vaksini qəbul edənlərə pis baxır

© AFP 2024 / CHANDAN KHANNAШприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива
Шприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива  - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Fransa XİN Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri qəbul etmiş sərnişinləri öz ərazilərinə buraxdığına görə təəssüfləndiyini bildirib.

BAKI, 12 iyul - Sputnik. Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri vurdurmuş sərnişinləri öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Bon bu barədə “Europe 1” radiostansiyasının efirində danışıb.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, Rusiya Federasiyası və ÇXR peyvəndləri barədə bir sualı cavablandırarkən deyib ki, Yunanıstanı qınamırıq, ancaq Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tuturuq.

"Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar", - Bon deyib.

O, əlavə edib ki, Avropada fərqli bir mövqedə olan yalnız üç ölkə var.

Xəbər lenti
0