Hərbi prokurorluq itkin düşmüş daha bir hərbi qulluqçumuzla bağlı məlumat yayıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid Azərbaycan hərbçiləri, arxiv şəkli
 Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
DTX və DİN-in birgə əmaliyyat-istintaq tədbirləri, MN və FHN-in axtarış qrupları tərəfindən aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə təhvil verilib

BAKI, 11 iyul — Sputnik. Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində tapılıb və şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.

Bu barədə Sputnik Azərbaycan-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

İtkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xatırladaq ki, iyulun 10-da 9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Xəbər lenti
0