BAKI, 11 iyul — Sputnik. Salyan sakini Sumqayıtda intihara cəhd edib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin Koroğu prospektində avtomobil təmiri sexlərinin qarşısında baş verib. Belə ki, Salyan rayon sakini 1972-ci il təvəllüdlü Əhmədov Mahir Əlif oğlu ərazidə olan elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib
FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb və dirəkdən aşağı düşürdülüb.
Qeyd edək ki, M.Əhmədov Sumqayıtda göyərti satışı ilə məşğuldur və şəxsi problemləri üzündən belə bir addım atıb.
Xatırladaq ki, həmin elektrik dirəyinə ötən gün də bir nəfər çıxaraq intihar etmək istəyirmiş.