İyulun 11-i dünyada Şokolad Günü kimi qeyd olunur.
Bu təam o qədər məşhurdur ki, insanlar ona xüsusi gün həsr etmək qərarına gəldilər. Birincisi, şokolad yalnız dadlı deyil, həm də faydalıdır. Tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran serotonin var. Şokolad ürəyin fəaliyyətini stimullaşdırır və infarkt riskini azaldır. Onca qram tünd şokolad uzun müddət aclıq hissini dəf edir və depressiyanı aradan qaldırır. İnsanların çoxu bir az şokolad yedikdən sonra daha yaxşı düşündüklərini iddia edirlər.
Şokaladdan həm də sənət əsəri yaratmaq olar. Bunun sirlərini isə bu işin ustası Kamina Qasımovadan öyrənmək qərarına gəldik. Məlum olduğu kimi, şirniyyatın hazırlanmasına ciddi yanaşmaq lazımdır. Təcrübəli şokoladçılar axan və hamar şokoladdan istifadə edirlər.
Xüsusi olaraq Sputnik Azərbaycan-ın oxucuları üçün Kamina xanım şokoladdan Şuşanın şirin simvolu – xarı-bülbül çiçəyi və Azərbaycanın tanınan ornamentlərindən olan butanı necə hazırladığını göstərdi.