Qazaxda iki nəfərin boğulmasının təfərrüatları bəlli olub

© Sputnik / Irade JELILNeftçaladan reportaj 2
Neftçaladan reportaj 2 - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Həmzə Fəttahovun çayda batdığını görən Məhəd Şirməmmədov onu xilas etmək istəyib. Lakin hər ikisi çayda boğularaq ölüblər.

BAKI, 11 iyul — Sputnik. Qazaxda Kür çayında batan 15 yaşlı oğlanın meyti tapılıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İyulun 8-də isə Həmzə Fəttahovla birlikdə Kürdə batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilmişdi. 

Xatırladaq ki, iyulun 8-də Qazaxda 2 nəfərin Kür çayında batdığı məlum olub. Rayonun Aslanbəyli kənd sakini 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayının Birinci Şıxlı kənd ərazisindən axan hissəsində çimən zaman boğulub.

Bu zaman onun yanında olan həmkəndlisi, 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu yeniyetmənin boğulduğunu görərək onu xilas etməyə çalışıb. Nəticədə hər iki şəxs çayda batıb.

İyulun 8-i axşam saatlarında Məhəd Şirməmmədovun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

İyulun 9-da M.Şirməmmədovun nişan mərasimi keçiriləcəkmiş. 

 

Xəbər lenti
0