CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehman Nəbiyev: “Ermənilər xüsusi mühafizə olunan təbiət abidələrini məhv edib”

© Sputnik / Emin AlisahibEkologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib ki, monitorinq zamanı ağacların kəsilərək məhv edildiyi ortaya çıxıb
Mehman Nəbiyev: “Bu ağacların 123-ü artıq məhv edilib”

“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var: “Bu ağaclar çox qədim idi, 1400-1600 yaşı vardı. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonunun ərazisində aparılan monitorinq zamanı 139-nun olduğu əraziyə baxış keçirilib. Monitorinq nəticəsindən məlum olub ki, bu ağacların 123-ü artıq məhv edilib, yandırılıb, kəsilib. Bu ağaclar çox qədimdir, yaşı min illərlə ölçülür, diametri 6 m-dək, hündürlüyü 40-50 m-dək olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud olub. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi ortaya çıxıb”.

Mehman Nəbiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0