CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

El bir olsa, dağ oynadar yerindən: Xızı sakinlərindən bütün ölkəyə nümunəvi dərs

© Sputnik / Leyla AbdullayevaXızının Baxışlı kəndində
Xızının Baxışlı kəndində - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Xızı rayonunun Baxışlı kənd sakinləri əl-ələ verib doğma yurdlarının su problemini öz zəhmətləri hesabına həll ediblər.

BAKI, 11 iyul — Sputnik. İllərdir susuzluqdan əziyyət çəkən Xızı rayonunun Baxışlı kənd sakinləri əl-ələ verib kəndlərinə uzaq məsafədən su çəkiblər. Bu barədə Sputnik Azərbaycan-a Baxışlı kəndinin ziyalısı Sənan Talıbov məlumat verib.

Onun sözlərinə görə, illərdir kənd sakinləri içməli suyun olmaması səbəbindən əziyyət çəkiblər. Bu gün isə əl-ələ verib kəndin su problemini çözüblər.

"İçməli su problemi ölkəmizin bütün bölgələrində var və bizim Baxışlı kənd sakinləri də uzun illərdir bu problemdən əziyyət çəkirlər. Bir neçə il əvvəl kəndə su çəkmək istədilər, amma bu, elə istək olaraq da qadı. Kəndə dörd gündən bir su verilirdi, daha doğrusu anbara vurulurdu. 500-ə yaxın sakini olan kənd üçün bu su heç nə idi. Ən çox da əziyyəti yay aylarında çəkirdik. Son günlərdə kənd camaatı ilə məsləhətləşdi ki, öz büdcəmiz hesabına suyu çəkək", - Talıbov deyib.

Onlar öncə suyun mənbəsinin tapılması üzrə müzkirələr aparıblar. Kənddən 1800 metr aralıda dağda mənbə tapıblar. Mənbəni tapdıqdan sonra pul yığıb lazım olan bütün avadanlıqları alıblar.

© Sputnik / Leyla AbdullayevaXızının Baxışlı kənd sakinləri
El bir olsa, dağ oynadar yerindən: Xızı sakinlərindən bütün ölkəyə nümunəvi dərs - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Xızının Baxışlı kənd sakinləri

"Bu işdə ən çox köməyi kəndin gəncləri göstərdi. Onlar var qüvvələri ilə dayanmadan işlədilər və suyun kəndə çəkilməsinə nail ola bildik. Bu, kənd sakinləri üçün əsl bayram idi. Bizə bu işdə maddi yox, amma texniki tərəfindən köməklik göstərən yeganə qrum"Azərsu" oldu. Onlar həm işçi qüvvəsi, həm də texnika verdilər ki, işi tez başa çatdıra bilək. Biz kənd camaatı olaraq həm insanlara nümunə, həm də ölkəmizə bir növ dəstək olmuş olduq", - deyə Sənan Talıbov gördükləri işdən fəxrlə bəhs edib.

Kənd sakinləri su problemlərinin həlli ilə bağlı sevinc hisslərini ifadə ediblər.

© Sputnik / Leyla AbdullayevaXızının Baxışlı kəndində
El bir olsa, dağ oynadar yerindən: Xızı sakinlərindən bütün ölkəyə nümunəvi dərs - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Xızının Baxışlı kəndində

"Sanki yenidən doğulmuşuq. Nahaq yerə deməyiblər ki, su həyatın mənbəyidir", - kənd sakini, 1-ci Qarabağ müharibəsində şəhid olmuş Elşad Fərzəliyevin anası Çimnaz xanım sevincini gizlətmir. İllərdir kənddəki hər kəs kimi susuzluqdan əziyyət çəkən Çimnaz xanım bu işdə zəhməti olan hər kəsə minnətdardır:

"İllərdir biz içməli suya həsrətik. Oğlum şəhid olandan, demək olar ki, ürəyim açılmırdı. Amma bu xəbər məni o qədər sevindirdi ki, sanki yenidən doğuldum. Çünki su həyatdır. Susuz yaşamaq cəhənnəmə bərabərdir. Mən bir şəhid anası kimi kənd sakinlərinə, gənclərimizə bu gözəl, xeyirxah işi gördükləri üçün dərin təşəkkürümü bildirirəm".

Kənd sakinləri su borularının çox da davamlı olmaması səbəbindən gələcəkdə yenidən su problemi ilə üzləşə biləcəklərini deyiblər. Onlar bu işin təkminləşdirilməsi üçün lazimi orqanlardan dəstək alacaqlarına ümid edirlər.

Xəbər lenti
0