Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Taliban* – 2021" nədir - qruplaşma, yoxsa artıq dövlət?

© AP Photo / Rahmat GulСилы ополчения во время собрания в Кабуле, когда Талибан захватил весь север (23 июня 2021). Афганистан
Силы ополчения во время собрания в Кабуле, когда Талибан захватил весь север (23 июня 2021). Афганистан - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Taliban* hərbi-dini hərəkatı ABŞ başda olmaqla koalisiyanı Əfqanıstandan qoşunları tamamilə çıxarmağa məcbur edib.

Hazırda taliblər ölkədə hakimiyyəti ələ almağa çalışırlar – hökumət qoşunları ilə ağır döyüşlər aparır, əyalətlərin əksəriyyətinə nəzarət edirlər. Terroçu təşkilat eyni zamanda beynəlxalq arenada legitimlik də əldə etmək istəyir.

Taliblərin nümayəndə heyəti iyulun 8-dən Moskvada danışıqlarda iştirak edir. Bununla eyni vaxtda general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında KTMT əməliyyat qruplaşması bilavasitə Tacikistan-Əfqanıstan sərhədində ərazidə dəqiqləşdirmələr aparır, Rusiya XİN isə bəyan edir ki, Tacikistanda yerləşən 201-ci hərbi baza vəziyyətin gərginləşəcəyi təqdirdə qətiyyətli fəaliyyət üçün zəruri olan bütün imkanlara malikdir. İyulun 9-da Moskva ətrafında terror aktı planlaşdıran əcnəbi – İslam Dövləti yaraqlısı saxlanılıb. Bütün bu hadisələr paradoksal şəkildə bir-biri ilə sıx bağlıdır.

Şeyx Şəhabuddin Delavər başda olmaqla Talibanın dörd nəfərdən ibarət nümayəndə heyəti Rusiya tərəfi ilə Əfqanıstandakı cari vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlib. Fikir mübadiləsi olub və Rusiya tərəfi İslam respublikasının şimalında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Hərəkatın rəsmisi mohamməd Sohail Şahin iyulun 8-də bildirib ki, taliblər Əfqanıstan ərazisinin Rusiya və qonşu dövlətlərə qarşı yönəlmiş hərəkətlər üçün istifadəsinə imkan verməyəcəklər. Moskva qruplaşmanın Mərkəzi Asiya dövlətlərinin pozulmaması ilə bağlı vədlər və xarici dövlətlərin Əfqanıstan ərazisində olan doplomatik missiyalarının təhlükəsizliyinə dair zəmanətlər alıb.

Bununla yanaşı, xarici qoşunların ölkə ərazisindən çıxarılması iyulun 8-nə qədər demək olar başa çatdırılıb, Əfqanıstanda təqribən 600 nəfər dəniz piyadası qalıb ki, onlar da ABŞ-ın Kabuldakı səfirliyini mühafizə edirlər. ABŞ Prezidenti Co Bayden bildirib ki, Taliban radikal hərəkatı hazırda hərbi cəhətdən 2001-ci ildə olduğundan daha güclüdür (yəqin ki, Pentaqonun 20 il ərzində apardığı döyüş əməliyyatlarının nəticəsi də elə budur). Son günlər hərəkatla Kabuldakı qüvvədə olan hökumət arasında sülh danışıqları (ABŞ və Taliban arasında 29 fevral 2020-ci ildə Dohada əldə olunmuş razılaşmaya əsasən) barədə xatırlamaq yersiz hesab edilir.

Taliblər Əfqanıstan ərazisinin 70%-ə, o cümlədən bütün şimal həmsərhəd rayonlarına nəzarət edirlər, bu gün isə ölkənin cənubunda yerləşən, əhalisinin sayına görə ikinci şəhər olan Qəndahara daxil olublar. Koalisiya qüvvələrinin çıxarılmasından sonra hərəkatın qələbəsi qaçılmazdır, bu isə taliblərin siyasi ofisinin "xoş məramına" baxmayaraq həmsərhəd ölkələr üçün turbulentliyin yeni dalğasını vəd edir.

Sərhəddə vəziyyət

General-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında KTMT əməliyyat qruplaşması Moskvadan Tacikistana gəlib və artıq iki gündür ki, vertolyotun göyərtəsindən və yerdən Tacikistan-Əfqanıstan sərhədinin narahat yerlərində vəziyyəti öyrənir (həmin sərhədin 900 kmlik hissəsinə cənubdan taliblər nəzarət edir). Əfqanıstan ordusu hərbi qulluqçularının sərhədi kütləvi şəkildə keçdikləri "Kalay Xumb" sərhəd dəstəsinə xüsusi diqqət yetirilir.

KTMT mətbuat xidmətindən Sputnik agentliyinə bildirilib ki, general-polkovnik Anatoli Sidorov Tacikistanın sərhəd qoşunları bölmələrinin tacik-əfqan sərhədində təhlükəsizliyin təmin olunması üçün hazırlığını yüksək qiymətləndirib.

Əmliyyat qrupu KTMT formatında birgə tədbirlərə dair təkliflər hazırlayır. Həm də Moskva müttəfiqlərə qarşı təcavüzkar hərəkətlərin qarşısını almaq üçün 201-ci bazanın qüvvələrindən tacik-əfqan sərhədində istifadə edə bilər.

KTMT-nin gördüyü ehtiyat tədbirləri təhlükələrə adekvatdır. Sülhsevər xarici siyasət bəyanatlarına baxmayaraq Taliban İslam Dövləti və Əl-Qaidə ilə münasibətlərini pozmur. Əfqanıstan ərazisində elə bir "üçlü ittifaq" (və yaxud simbioz) var ki, o Mərkəzi və Cənubi Asiyanın həmsərhəd ölkələrinə təhlükə törədir. Taliblərin Tacikistan, Özbəkistan və Türkmənistan sərhədləri boyunca yerləşən əyalətlərində fəallığı Əfqanıstanda mövcud olan və fəaliyyətində heç bir sərhəd tanımayan digər otuz terrorçu təşkilatlar üçün də münbit şərait yaradır. Qeyd edək ki, Rusiyanın müxtəlif regionlarında İslam Dövləti yaraqlıları mütəmadi olaraq zərərsizləşdirilir.

Moskvada taliblər bildiriblər ki, Əfqanıstanın "bütün ərazisində hakim olmağı" qarşılarına məqsəd qoymayıblar və danışıqlar yolu ilə "müstəqil və azad İslam dövləti sistemini" yaratmağa hazırdırlar. Lakin eyni zamanda Taliban seçkiləri mahiyyətcə mənasız sayır və din alimlərinin bilikləri əsasında yaradılmış güclü və sabit "sırf İslam dövləti"nə tərəfdardır. Taliblər qeyd edirlər ki, başqa sistem onlar üçün məqbul deyil.

Radikal İslamı təlqin edən Taliban bütün Əfqanıstanı dini prinsiplər əsasında əmirliyə çevirməyə çalışır. Bura kişilərin saqqal saxlaması, qadınların pərəncə geyməsi, məktəblərin yalnız oğlanlar üçün olması, kiçik günahlara görə ətrafların kəsilməsi, talib qanunlarının kobud pozulmasına görə edam edilməsi hökmən daxildir. Hələ dünyəvi radio, televiziya, kino və teatrların tam qadağan olunmasını demirik.

Xatırlayıram, Əfqanıstanda ezamiyyətdə olarkən Kabuldakı çəlimsiz bir qadın-müəllim taliblərin 1996-cı ildə necə hakimiyyətə gəlməsindən danışırdı. Onlar universitetə daxil olaraq həmin qadını və onun digər həmkarlarını sadəcə olaraq rus dilinin tədrisinə görə amansızlıqla döymüşdülər. Kabulu ələ keçirdikdən sonra taliblər çətin ki "süngünü yerə taxsınlar". Onlar xoş və əbədi olan məfhumları şumlayıb, əkib tikəcəklər. Taliblər iyirmi beş ildir ki, rəqiblərinə avtomatlardan atəş açırlar və həmvətənləri ilə mübahisələrdə digər arqumentləri çoxdan yaddan çıxarıblar. Sözsüz ki, bu sərt (orta əsrlərə aid) hakimiyyət Əfqanıstan torpağında ona doğma olan Əl-Qaidəni bütün bazaları və təlim düşərgələri ilə birlikdə "dirildəcək". Onunla rəqabət aparan İslam dövləti də Əfqanıstanda nüfuzunu gücləndirəcək ki, bu da ölkəni müxtəlif ölkələrdən olan terrorçular üçün "maqnitə" çevirəcək.

Taliban-la imzalanmış sülh müqaviləsi və ya "hücum etməmək barədə pakt" heç kimin təhlükəsizliyinə zəmanət vermir, bəlkə də əksinə, böyük problemlər vəd edir. Şərq elə Şərqdir. Əfqanıstanın və qonşularının bu gününü anlamaq və gələcəyi barədə fikir söyləmək üçün "tələbələr" təşkilatının keçmişinə nəzər salmaq lazımdır.

Qərb təslim olub, Şərq isə əsir götürmür

Yaxın keçmişə qədər taliban Əfqanıstan ərazisinin yarıdan bir qədər çox hissəsinə nəzarət edirdi ki, burada da 15 milyon əhali yaşayırdı. Bu əyalətlərdə rəsmi hakimiyyət nümayəndələri əsas şəhərlərdə yerləşmişdi, "qala divarlarından" kənar ərazilər isə taliblərə və onların müttəfiqlərinə məxsus idi. "Öz" torpaqlarında yaraqlılar yalançı dövlət strukturları yaradır, tələsik məhkəmələr keçirir, vergilər yığırdılar. Onların nəzarətində olan firmaların Əfqanıstanın yenidən qurulmasına ayrılmış Qərb pullarına çıxışı var idi. Hələ iki il əvvəl ərazisinin 80%-nin taliblərin nəzarətində olduğu Gilmənd əyalətindəki tiryək xaşxaşı plantasiyaları da xeyli pul gətirir. Tiryək xammalı taliblərə 60%-dən çox gəlir gətirir. Xatırladıram ki, 2010-cu ildən sonra Taliban səhra komandirlərinə heroin istehsal edərək satmağa icazə verib. Əldə olunmuş pullar silah alınmasına və atıcıların saxlanmasına xərclənirdi. Humanitar sahəni Kabula saxlayırdılar.

Ölkə ərazisində döyüş əməliyyatları və terror aktları aşkar gözə çarpan "mövsümi" xarakter daşıyırdı. Xarici qoşunların 2021-ci ilin yazında çıxarılması taliblərə "ikinci nəfəs" verib, əyalətlərin əksəriyyətində hökümət qoşunlarının kütləvi şəkildə məhv edilməsi məqsədi ilə kəskin döyüşlər başlanıb. Amerikalılarla əməkdaşlıq etmiş həmvətənlərini sadəcə olaraq edam edəcəklər (bu mənada Taliban və İslam Dövləti arasında fərq çox azdır).

"Yeni taliblər" artıq 1990-cı illərin fanatik tələbələri deyil, yaxşı təchiz olunmuş və böyük döyüş təcrübəsi olan peşəkar dəstələrdir. Müasir silahlara, gecəgörmə cihazlarına, artilleriya atəşinin lazer tuşlanma sistemlərinə, yüngül minaatanlara on milyonlarla dollar pul xərclənib. Əcnəbi hərbi təlimatçılar muzdla tutulur. Əfqanıstan ərazisində mütəmadi təlim və məşqlərin keçirilməsi üçün taliblərin ən azı 16 ixtisaslaşdırılmış təlim bazası var. Bu gün yaraqlıların öz dron istehsalı da var. Hərəkat ağır zirehli texnika və hücum aviasiyası ilə dəstəklənən nizami qoşunlara qarşı mürkkəb əməliyyatlar keçirməyə qadirdir. Şaquli idarəetmə, mərkəzləşdirilmiş hərbi rəhbərlik, zabit və texniki mütəxəssislərin hazırlığı sistemi, vahid logistika sistemləri yaradılıb.

NATO kəşfiyyatı qeyd edir: "Strategiya və taktikanın təhlili, ciddi planlama və əlavələr, yəni savadlı qərargah işi Taliban üçün adi və kütləvi haldır".

Bu, peşəkar ordudur. Təsadüfi deyil ki, iyun-iyul aylarında bir çox qəzalar taliblərin əlinə döyüşlər nəticəsində deyil, danışıqlardan sonra keçib – hökumət qoşunları döyüşmək istəmirlər. Elə tez-tələsik gedərək Baqramda 30 tank, 50 döyüş maşını və 800 digər nəqliyyat vasitəsini atıb gedən amerikalılar kimi.

Almaniyanın nüfuzlu Die Zeit qəzeti yazır: "Əfqanıstanda müharibə başladıqdan 20 il sonra Qərb və ABŞ təslim oldu". Lakin Əfqanıstan hekayəsi bununla bitmir. Qələbə hər zaman yeni şücaətlərə ruhlandırır. Taliblərin harada dayanacağını heç kim bilmir. Şimal istiqaməti "İslam əmirliyinin" ekspansiyası üçün ən əlverişli ola bilər. Taliban liderləri "imkanlar koridorunu" müəyyən edir, Tacikistan və Qırğızıstan xarici siyasətə dair məsləhətlər verməyə çalışır və Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqelərini ifadə edirlər. Zaman keçdikcə, Taliban Özbəkistanda, Tacikistanda və Mərkəzi Asiyanın digər ölkələrində xeyli tərəfdar tapa bilər.

Əgər 1990-cı illərin ikinci yarısında taliblərin qarşısını Əfqanıstanın şimalında etnik özbək Rəşid Dustum və etnik tacik Əhməd şah Məsudun dəstələri kəsdilərsə (təbii ki Daşkənd və Düşənbənin dəstəyi ilə), hazırda xalqı bir yerə yığacaq liderlər və şəxsiyyətlər yoxdur (Dustum artıq gənc deyil və xaricdə müalicə alır). Radikal müharibə ssenarilərini KTMT, İran, Pakistan, Çin mütəxəssisləri nəzərdən keçirirlər.

Lakin gəlin Qəndahara qayıdaq. Rəsmi versiyaya görə, 1994-cü ildə məhz burada keçmiş mücahid molla Mohamməd Ömər kiçik bir qrup radikal əhvali-ruhiyyəli İslam tələbələrini – "Allahın tələbələri"ni toplayaraq onları İslamın təmizlənməsi və ölkə ərazisində tanrının razı olacağı hakimiyyətin qurulması naminə döyüşə aparıb. İki il sonra taliblər Kabulu tutublar. Bir çox ekspertlər "antimücahidlər" hərəkatının sürətli "yüksəlişində" Pakistan xüsusi xidmət orqanlarının rolunu qeyd edirlər. Bundan sonra da Pakistan hökuməti talibləri on illər boyunca silahla, Səudiyyə Ərəbistanı isə pullarla təmin edib. Onlar bunu əvəzsiz deyil, Əfqanıstanın zəifləməsini və Mərkəzi Asiya ölkələrində öz nüfuzunun artırılması və dividendlərin əldə olunmasını hədəfə alaraq ediblər.

Bu gün strateji və siyasi qərarları Talibanın 18 nəfərdən ibarət məşvərət şurası qəbul edir (nazirlər, diplomatlar, qubernatorlar, hərbi rəislər və dini xadimlər). Taktika və siyasətin həyata keçirilməsinə görə hərbi, mədəni, maliyyə, təhsil komissiyaları, habelə kəşfiyyat komissiyası, XİN, DİN və məhkəmələr komissiyası cavabdehlik daşıyır. 2021-ci ildəki Taliban hərəkatının aşkar olmasa da ehtimal olunan xaricdən idarə olunması Əfqanıstandakı münaqişənin inkişafına gözlənilməzlik qatır.

* – Rusiyada qadağan olunmuş terrorçu təşkilat

Xəbər lenti
0