Azərbaycan XİN Tacikistana başsağlığı verdi

© REUTERS / U.S. Navy / Matthew M. BradleyРазрушенный дом после землетрясения и цунами в Японии
Разрушенный дом после землетрясения и цунами в Японии  - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

BAKI, 10 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xarici İşlər Nazirliyi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

"Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik", - paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub. Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.

Xəbər lenti
0