Alim "Delta" ştammının əsas fərqini açıqladı

© REUTERS / AMIT DAVEСитуация в связи с эпидемиологической обстановкой в Индия
Ситуация в связи с эпидемиологической обстановкой в Индия - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Sergey Netesov bildirib ki, adi variantdan "Delta" variantını fərqləndirən əsas fərq məhz budur.

BAKI, 10 iyul — Sputnik. Əgər insan maskasızdırsa, onun koronavirusun "Delta" ştammına yoluxma ehtimalı iki dəfə artır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu biologiya elmləri doktoru, Novosibirsk Dövlət Universitetinin Bionanotexnologiya, Mikrobiologiya və Virologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib.

"Vəziyyət ümumilikdə belədir, koronavirusun əvvəlki variantında reproduktiv rəqəm ortalama təxminən üç idisə, "Delta"-da təxminən beşdir. Ona görə də o, sürətlə yayılır", - deyə Netesov bildirib.

O bildirib ki, adi variantdan "Delta" variantını fərqləndirən əsas şey məhz budur.

Qeyd edək ki, iyulun 8-i Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, Azərbaycana "Delta" ştammının gəlməsi qaçılmazdır.

O bildirib ki, artıq COVID-19-un "Delta" ştammına yoluxma bir çox ölkədə qeydə alınıb. Bu ştamm daha tez yayılır: "Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün "Delta" ştammı var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur".

Harmancının sözlərinə görə, "Delta" ştammının fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.

O deyib ki, Azərbaycana "Delta" ştammının gəlməsi qaçılmazdır: "Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. "Delta" ştammına yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma "Delta" ştammı aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur".

Qeyd edək ki, bundan öncə Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin ("BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") qeydiyyata alınıb.

Xəbər lenti
0