Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Moskvanın qarşılıqlı münasibətləri fonunda regional təhlükəsizliyə çağırışlar

© Sputnik / Vladimir Fedorenko / Fotobanka keçməkНациональные флаги России и Азербайджана на фоне фасада одной из башен Башни Пламени (Flame Towers) в Баку
Национальные флаги России и Азербайджана на фоне фасада одной из башен Башни Пламени (Flame Towers) в Баку - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Xəbərlərə abunə olun
Bölgədə ortaya çıxan yeni çağırışlar və təhdidlər, İran və Əfqanıstan ətrafında baş verən təlatümlər fonunda regional təhlükəsizliyin təmin edilməsi baxımından Bakı ilə Moskvanın sıx qarşılıqlı əlaqəsi xüsusilə aktuallaşır.

BAKI, 9 iyul — Sputnik. Bu günlərdə Rusiya Federasiyasının vasitəçiliyi ilə iki rayonun minalanmış ərazilərinin xəritəsinin Azərbaycana, döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçilərin isə Yerevana təhvil verilməsi prosesi baş tutdu. Bu addım regional təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Digər tərəfdən, bölgədə ortaya çıxan yeni çağırışlar və təhdidlər, İran və Əfqanıstan ətrafında baş verən təlatümlər fonunda regional təhlükəsizliyin təmin edilməsi baxımından Bakı ilə Moskvanın sıx qarşılıqlı əlaqəsi xüsusilə aktuallaşır.

İyulun 12-si saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunacaq onlayn mətbuat konfransında Rusiya siyasi icmalçısı və jurnalist Yevgeni Mixaylov bu əməkdaşlığın necə inkişaf etdirilə biləcəyindən danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала