BAKI, 9 iyul — Sputnik. Kann Film Festivalında qırmızı xalça üzərində parlayan ulduzlardan Marion Kotiyarın geyimi göz qamaşdırıb.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 45 yaşlı aktrisanın əynindəki zərif paltarın hazırlanmasına düz 322 saat sərf olunub. Gümüş krujeva və bəzək təbəqələrindən dizayn edilən geyim ötən il "Chanel"in təqdim etdiyi kolleksiyaya aiddir.
Aktrisa kolleksiyasının təqdimatı zamanı həmin geyimi görər-görməz geyinmək istədiyini etiraf edib:
"Festivalın başlayacağını eşitdiyim anda Kannın bu cür möhtəşəm paltar geyinmək üçün ən yaxşı yer olduğunu düşündüm. Sanki krujevanın üzərinə gümüş dağılmış kimi idi. Çox zərif təsir bağışlayır".
Cüt bəyaz ipək tül üzərində 3 fərqli krujevadan ibarət olan libas silikon şüşə lövhələrlə örtülüb. Krujeva üzərində qızdırılmaqla hazırlanan güzgülü alüminium effekti ilə tikilən libasa 322 saat vaxt sərf olunub.
Qeyd edək ki, Fransada təşkil olunan Beynəlxalq Kann Film Festivalı iyulun 17-dək davam edəcək.
Məlumat üçün bildirək ki, həm fransız, həm də xarici filmlərdə çəkilən aktrisa "Uzunmüddətli nigah" filminə görə "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülüb. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oscar" mükafatına layiq görülüb. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə "Oscar"a layiq görülmüş ikinci aktrisadır. İlk belə nailiyyətə 1962-ci ildə Sofi Loren imza atıb. Eyni zamanda "Çəhrayı həyat" filmində oynadığı rola görə Marion "Qızıl Qlobus" və Britaniya Kino və Teleincəsənət Akademiyasının "BAFTA" mükafatına layiq görülüb.
O, "Yaşıl gözəl", "Qağayı", "Taksi", "Qocalmaq qadağandır", "Dağlarda döyüş", "Amerikaya kimi davam edən mavi", "Səmada həyat", "Mariya", "Qara qutulu", "Kavalkada" kimi 50-dən artıq filmdə rol alıb.