İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırdı

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев, Первая леди Мехрибан Алиева, их дочери Лейла Алиева и Арзу Алиева побывали в мечети Юхары Гевхарага в Шуше
Президент Азербайджанской Республики Ильхам Алиев, Первая леди Мехрибан Алиева, их дочери Лейла Алиева и Арзу Алиева побывали в мечети Юхары Гевхарага в Шуше - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, eləcə də Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat ayrılıb.

BAKI, 8 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan Prezidentin saytına istinadla xəbər verir ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat ayrılıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat vəsait veriləcək.

Prezidentin sərəncamı ilə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb.

Xəbər lenti
0