Nüfuzlu hesabat açıqlandı – Azərbaycan yenə Ermənistanı qabaqladı

© Sputnik / Murad OrujovВиза в паспорте гражданина Азербайджана, фото из архива
Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Ümumilikdə Pasportlar İndeksində 116 ölkə yer alıb. Siyahıda sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Əfqanıstan vətəndaşları 26 ölkəyə vizasız gedə bilərlər.

BAKI, 8 iyul — Sputnik. "Henley & Partners" Pasportlar İndeksi ilə bağlı yeni hesabat hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə hesabatda 116 ölkə yer alıb.

Hesabat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatı əsasında hazırlanıb.

Hesabatda ilk yerdə Yaponiya qərarlaşıb. Belə ki, bu ölkənin vətəndaşları dünyanın 193 ölkəsində vizasız gedə bilər.

İlk onluqda Sinqapur (192 ölkə), Cənubi Koreya (191 ölkə), Almaniya (191 ölkə), İtaliya (190 ölkə), Finlandiya (190 ölkə), İspaniya (190 ölkə), Lüksemburq (190 ölkə), Danimarka (189 ölkə) və Avstriya (189 ölkə) qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 80-ci yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız səfər edə bilərlər.

Qonşu ölkələrdən Türkiyə 56-cı (111 ölkə), Rusiya 51-ci (119 ölkə), Ermənistan 84-cü (64 ölkə), Gürcüstan 54-cü yerdə (116 ölkə) qərarlaşıb.

Ümumilikdə Pasportlar İndeksində 116 ölkə yer alıb. Siyahıda sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Əfqanıstan vətəndaşları 26 ölkəyə vizasız gedə bilərlər.

Xəbər lenti
0