Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlıların sevimli qəhrəmanı vəfat edib

© AP Photo / Gurinder OsanДилип Кумар, фото из архива
Дилип Кумар, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Kino karyerasına 1944-cü ildə baş rolla başlayan Dilip Kumar 63 filmdə çəkilib və mətbuatda dəfələrlə "Bollivud" tarixinin ən böyük aktyoru adlandırıb. Azərbaycanda hind kinosunun həvəskarları onu daha çox "Ram və Şam" filmindən tanıyırlar.

BAKI, 8 iyul — Sputnik. Hindistanın məşhur aktyoru, rejissoru və siyasi xadimi Dilip Kumar (Məhəmməd Yusif Xan) vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, D.Kuçar uzun sürən xəstəlikdən sonra 99 yaşında Mumbay xəstəxanasında vəfat edib.

Hindistanın Baş naziri Narendra Modi məşhur aktyorun ölümünə "Twitter" hesabında münasibət bildirib. Baş nazir qeyd edib ki, Dilip Kumar kino əfsanəsi kimi xatırlanacaq: "Ona bir çox izləyici nəslini ovsunlayan misilsiz parlaqlıq bəxş edilmişdi. Dilip Kumarın ölümü sənət dünyası üçün böyük itkidir. Ailəsinə, dostlarına və saysız-hesabsız pərəstişkarlarına başsağlığı verirəm. Nur içində yatsın".

Məlumat üçün bildirək ki, D.Kumar 1922-ci ildə Pakistanın Peşəvar şəhərində anadan olub. Kino karyerasına 1944-cü ildə baş rolla başlayan Dilip Kumar 63 filmdə çəkilib və mətbuatda dəfələrlə "Bollivud" tarixinin ən böyük aktyoru adlandırıb. Azərbaycanda hind kinosunun həvəskarları onu daha çox "Ram və Şam" filmindən tanıyırlar. D.Kumar ardıcıl olaraq bir çox mükafat alıb.

O, 1944-cü ildən filmlərdə çəkilməyə başlayıb. D.Kumarın çəkildiyi filmlər bunlardır: "Babul" (1950), "Ram və Şam"(1967), "Didar",(1951), "Qanqa Camna"(1961), "Daağ" (1952), "Amar" (1954), "Mila" (1948), "Muğhal-e-Azam" (1960), "Dastan", "Madhumati" (1958), "Naya Daur", "Andaz"(1949), "Bayraq"(1976), "Joğan" (1950), "Aadmi" (1968), "Saudağ"(1991), "Qori", "Kranti"(1981), "Yəhudi"(1958), "Devdas"(1955), "Tarana" (1951), "Dil Diya Dard Liya" (1966), "Azaad"(1955), "Dünya"(1984), "Aan"(1952), "Naya dauz", "İnsaniyyət" (1955), "Arzoo" (1950), "Saqina"(1976), "Şahid"(1948), "Nadiya Ke Paar"(1948), "Şəbnəm"(1949), "Şikəst"(1953), "Vidata", "Jar Bata"(1944), "Pratima"(1945), "Naukadili"(1947) və s.

Xəbər lenti
0