Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı nazir gürcü həmkarı ilə Nizami rəsm sərgisinə gedib

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər.

 

BAKI, 8 iyul — Sputnik. İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, sərgidə N.Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilib. Azərbaycanlı və gürcü rəssamlar öz əsərlərini təqdim ediblər.

Eyni zamanda, Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların N.Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa edib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər.

Nazir A.Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, fəlsəfi şair N.Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib.

Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gün də sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.

Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.

Mədəniyyət naziri bundan başqa, Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın (Kamandar Əfəndiyev) ev muzeyinin açılışında da iştirak edib. Restavrasiya olunmuş muzeyin açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Kaxa Sixarulidze, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları, azərbaycanlı ictimai xadimlər iştirak edib. Tədbirdə qeyd olunub ki, ev muzeyi TİKA-nın Gürcüstan nümayəndəliyi tərəfindən Avropa muzeyləri standartlarına uyğun təmir edilib. Təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur. Xatırladaq ki, Aşıq Kamandarın ev muzeyinə 2017-ci ildə dövlət statusu verilib.

Gürcüstan səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib. Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.

Xəbər lenti
0