BAKI, 7 iyul — Sputnik. Futbol üzrə İtaliya millisinin oyunçusu Federiko Pyeza İispaniya yığmasına qarşı keçirdiyi Avropa çempionatının yarımfinal oyununun ən yaxşı oyunçusu seçilib. Bu barədə UEFA-nın saytında məlumat verilib.
İtaliya millisi penalti seriyasında İspaniya yığmasına qalib gələrək AVRO-2020-nin ilk finalçısı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İtaliya millisində qolu məhz Kyeza vurub. Bu, 23 yaşlı yarımmüdafiəçinin turnirdə vurduğu ikinci qoldur. Bunda əvvəl futbolşu 1/8 final oyununda avstriyalıların qapısına yol tapıb.
AVRO-2020-nin ikinci finalçısı çərşənbə günü İngiltərə və Danimarka milli komandaları arasında keçiriləcək qarşılaşmada müəyyən olunacaq.