ELM

Təhsil Nazirliyinin saytından hansı arayışları almaq olar

© AFP 2024 / GREG BAKERБлогерша за ноутбуком, фото из архива
Блогерша за ноутбуком, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır.

 

BAKI, 7 iyul — Sputnik. İyulun 7-də Təhsil Nazirliyinin portal.edu.az platformasında elektron arayışlar xidməti istifadəyə verilib.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər qeyd olunan arayış növlərini elektron formada əldə edə biləcəklər:

- Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

- Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

- Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

- Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

- Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra "Şəxsi kabinet"də elektron xidmətlər pəncərəsindən "Arayış əldə etmək üçün müraciət" bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Eləcə də oxuyun: 

Xəbər lenti
0