Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin II Dünya müharibəsi ərəfəsində baş verənlərin öyrənilməsinin zəruri olduğunu deyib

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ В. Путин провел встречу с выпускниками программы развития кадрового резерва Высшей школы госуправления
Президент РФ В. Путин провел встречу с выпускниками программы развития кадрового резерва Высшей школы госуправления - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Putin hesab edir ki, II Dünya müharibəsi ərəfəsində baş verən hadisələri faktlara əsaslanaraq öyrənmək lazımdır.

BAKI, 7 iyul — Sputnik. II Dünya müharibəsi ərəfəsində baş verən hadisələri ciddi araşdırmaları müxtəlif, siyasi motivləri olan bəyannamələrlə dəyişməklə deyil, faktlara və arxiv materiallarına əsaslanaraq öyrənmək lazımdır.

Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Federal arxivlərin sərgi zalında açılmış "Böyük Vətən müharibəsi ərəfəsində. 1 sentyabr 1939 – 22 iyun 1941" adlı tarixi-sənədli sərginin təşkilatçıları və qonaqlarını salamlayarkən çıxış edib.

Dövlət başçısının müraciətini sərginin açılış mərasimində Rosarxiv-in rəhbəri Andrey Artizov oxuyub.

"Rusiyalı alimlərin, arxivçilərinin İkinci Dünya müharibəsinin tarixinə həsr olunmuş fundamental maarifçilik layihəsi üzərində çalışmaqda davam etməsi müstəsna əhəmiyyətə malikdir", - deyə müraciətdə bildirilir.

Putin bildirib ki, son vaxtlar getdikcə daha tez-tez müharibənin dərslərini və nəticələrini yenidən nəzərdən keçirmək, nasist cinayətkarlarına və onların köməkçilərinə bəraət qazandırmaq müharibənin qızışdırılmasında Sovet İttifaqının üzərinə Almaniya ilə eyni məsuliyyəti qoymaq cəhdləri edilir.

"Lakin bu cür, siyasi konyunktur naminə tarixi təhrif etmək cəhdlərinin qarşısını həqiqi sənədlərdə əksini tapmış faktlar kəsir. Onlar isə əyani surətdə sübut edir ki, Qərb liderləri, hətta Almaniya Polşaya hücum etdikdən sonra da acı nəticələrə gətirib çıxarmış, işğalçını sakitləşdirməyə yönəlmiş siyasəti yürütməkdə davam edərək "qəribə" müharibə aparıblar", - deyə rusiyalı lider bildirib.

Putin qeyd edib ki, müharibədən əvvəlki Sovet rəhbərliyinin hərəkətlərinin əsasında isə faktiki neytrallığı mümkün qədər uzun müddət saxlamaq, qazanılmış vaxtı ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və onun ətrafında təhlükəsizlik zonasının yaradılmasına sərf etmək dayanırdı.

"Əlbəttə, tarixçilər hələ 1939-1941-ci illərdə baş verən hadisələrin mürəkkəb kompleksini əziyyət çəkərək, düşünülmüş şəkildə araşdırmalıdırlar. Bu zaman baş verən hadisələri, ciddi araşdırmaları müxtəlif, siyasi motivləri olan bəyannamələrlə dəyişməklə deyil, faktlara və arxiv materiallarına əsaslanaraq öyrənmək lazımdır", - deyə prezident bildirib.

Putin həmçinin sərginin ictimaiyyətdə maraq doğuracağına, Rusiyanın elmi və mədəni həyatında əhəmiyyətli hadisə olacağına, tarixi həqiqətin qorunmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Hazırkı sərgidə ilk dəfədir ki, Rusiya federal arxivlərində, Belarus dövlət arxivlərində, habelə Rusiya XİN, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidmətinin tabeliyində olan arxivlərdən çoxsaylı tarixi sənədlər nümayiş olunub.

Onların arasında ali dövlət və partiya orqanlarının, xarici siyasət və hərbi idarələrin sənədləri, kəşfiyyat məlumatları, ələ keçirilmiş alman və fransız sənədləri, hərbi xəritələr, fotoşəkillər və kinoxronika, xarici arxivlərin sənədləri – ümumilikdə 300-dən çox tarixi mənbə var ki, onların də əksəriyyəti ilk dəfədir ki, elm üçün açılıb. Layihə Prezident Qrantları Fondu tərəfindən həyata keçirilib.

Eləcə də oxuyun:

  • Putin SSRİ və Almaniyanın müharibədəki rolunu eyniləşdirməyi qadağan edən qanun imzaladı

  • Faşizmlə mübarizə aparanları Bakıda qeyri-adi üsulla yad etdilər

  • Ölkə səksən il bundan əvvəl qalib gələcəyini bilərək döyüşə girdi

Xəbər lenti
0