01:13 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
RUSİYA
Qısa URL
72 0 0

Bu məqsədlə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında" fərmana dəyişiklik edilib.

BAKI, 1 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin II Dünya Müharibəsində SSRİ və nasist Almaniyasının rolunu ictimai şəkildə eyniləşdirməyi qadağan edən qanuna imza atıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu məqsədlə "1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında" fərmana dəyişiklik edilib. Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qanun layihəsi Mədəniyyət və İncəsənət Məsələləri üzrə Prezident yanında Şuranın iclasından sonra Putinin verdiyi təlimat siyahısına uyğun olaraq hazırlanıb. Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya, aşağı palatanın birinci vitse-spikeri Aleksandr Jukov, həmçinin senator Aleksey Puşkov bu təşəbbüsü millət vəkillərinin diqqətinə çatdırıb.

Sənədə dair izahedici qeyddə bildirilir ki, son vaxtlar mətbuatda, o cümlədən, Rusiya KİV-lərində də, mütəmadi olaraq əsassız, ümumiləşdirici, alçaldıcı bəyanatlar yayımlanır. Həmin bəyanatlarda sovet rəhbərliyinin, komandanlıq və hərbi qulluqçularının məqsədləri, qərarları və hərəkətləri ilə nasizm və vermaxt əsgərlərinin hərəkətləri eyniləşdirilir.

"Vətənin müdafiəçilərinin, onun azadlığı və müstəqilliyi uğrunda canlarından keçənlərin, xilasedici əsgərlərin hərəkətləri ilə Avropa Hitler Koalisiyası əsas hərbi cinayətkarlarının mühakimə olunmasına və cəzalandırılmasına dair Beynəlxalq Hərbi Tribunalın (Nürnberg Məhkəmsinin) hökmünə əsasən ayrı-ayrı xalqların məhvinə yönəlmiş hərəkətləri sübuta yetirilən işğalçı əsgərlərin hərəkətlərinin qarışdırılması və eyniləşdirilməsini qəti şəkildə qəbuledilməz sayırıq", – deyə bir qədər bundan əvvəl qanun layihəsinin müəllifləri bəyan ediblər.

Onların fikrincə, bu qanun Sovet xalqının şücaətini kiçiltməklə siyasi kapital qazanmağa imkan verməyəcək. Bununla belə, mövzu ilə bağlı elmi müzakirə və araşdırmalar üçün imkan yaradır.

Hələlik qanunun pozulmasına görə sanksiyalar müəyyən edilməyib.

Qeyd edək ki, Almaniya 1941-ci il iyunun 22-də SSRİ-yə hücum edib. Qarşıdurma 1418 gün davam edib və faşist bloku ölkələrinin məğlubiyyəti ilə sona çatıb. 26,6 milyon sovet vətəndaşı həmin müharibənin qurbanı olub ki, bu da II Dünya Müharibəsindəki bütün insan itkisinin 40 faizinə bərabərdir.

Teqlər:
SSRİ, Almaniya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Prezident Vladimir Putin, Vladimir Putin

Əsas mövzular