Akif Qurbanov: “Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının qarşısını ala bilər”
“Koronavirusun “delta” ştamının Azərbaycana gəlmə ehtimalı var”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib.
“İki ay bundan öncə Hindistandan birbaşa və ya əvvəl sözügedən ölkədə olub, ikinci ölkədən Azərbaycana gələn vətəndaşlar sərhəddə onlardan təkrar COVİD-19 testi olunur, 14 gün ərzində özünütəcrid rejimində gözləməlidir. Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər. Buna baxmayaraq digər ölkələrlə təcrid olunmadığına görə, “delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var” – deyə professor bildirib.
Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz