Azərbaycanın iki rayonunun minalanmış ərazilərinin xəritələrinin verilməsi sülh quruculuğu üçün atılan addımdır. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Rusiya Federasiya Hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, "İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri Pavel Klaçkov deyib.
O bildirib ki, yaxın gələcəkdə Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının bölgədəki nəqliyyat marşrutlarının blokdan çıxarılması üzrə yenidən fəaliyyətini bərpa etməsi gözlənilir: “Burada çox açıq şəkildə ifadə olunub ki, Rusiya bütün bölgədə sabitliyin qarantı rolunu daşıyır. Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsindən sonra sülh vaxtıdır. Rusiya bölgədəki sabitliyin qorunmasında əsas rol oynayır. Bu, həm diplomatik əməkdaşlığa, həm iqtisadi əlaqələrə aiddir. Bu bölgədə, Rusiya, Avropa Birliyi, Çin və Türkiyə daxil olmaqla bir çox dövlətin və siyasi blokların mənafeləri görünür. Bu tərəflərin hamısı Cənubi Qafqazda və Rusiyada sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”.
Pavel Klaçkovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz