Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov ABŞ-ı Rusiya ilə güc mövqeyindən dialoq aparmaq cəhdlərindən çəkinməyə çağırıb

© © Russian Foreign Ministry Press Service via APМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Nazir bildirib ki, prezidentlərin görüşündə heç bir etiraz səslənməsə də, bundan dərhal sonra Vaşinqton əvvəlkindən ikiqat güclə köhnə notasiyalara və Rusiyaya qarşı tələblər irəli sürməyə başlayıb.

BAKI, 6 iyul — Sputnik. Vaşinqtonda bilməlidirlər ki, Moskva ilə güc mövqeyindən dialoq aparmaq cəhdləri iflasa məhkumdur – bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov İndoneziya KİV-nə bəyan edib.

"Dostcasına olmayan hərəkətlərə sərt və qətiyyətlə cavab verəcəyik", – deyə nazir vurğulayıb.

Lavrovun sözlərinə görə, Cenevrədə Vladimir Putin aydın şəkildə bildirib ki, bütün sahələrdə nəticə yalnız paritet əsasda qarşılıqlı məqbul maraqlar balansını tapmaq yolu ilə mümkündür.

"Müzakirələrdə heç bir etiraz səslənmədi, ancaq görüşdən dərhal sonra Vaşinqton əvvəlkindən ikiqat güclə köhnə notasiyalara və Rusiyaya qarşı tələblər irəli sürməyə başladı", - deyə diplomat bildirib.

Cenevrə görüşü

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyunun 16-da İsveçrədə baş tutub. Hər iki tərəfin fikrincə, görüş konstruktiv əhval-ruhiyyədə keçib: dövlət başçıları bəzi məsələlərdə ortaq məxrəcə gəlib və strateji sabitlik barədə məsləhətləşmələrə başlamağa dair fikir razılığı əldə olunub.

Eləcə də oxuyun:

Xəbər lenti
0