Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beynəlxalq Kann Film Festivalı başlayıb

© AFP 2023 / LOIC VENANCEКаннский кинофестиваль
Каннский кинофестиваль - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Festivalda yalnız həmin ölkə tərəfindən təsdiqlənmiş vaksini vurduran şəxslər iştirak edir. Bundan başqa, festivalda iştirak etmək istəyənlər, 48 saat əvvəl koronavirus (COVID-19) testindən keçməlidirlər.

BAKI, 6 iyul — Sputnik. Fransada 74-cü Beynəlxalq Kann Film Festivalı başlayıb.

Amerikalı aktrisa Codi Foster Kann Film Festivalında "Qızıl Palma budağı" fəxri mükafatını qazanıb. Aktrisaya bu mükafatı İspaniyalı rejissor Pedro Almodovar təqdim edib.

Festivalın baş direktoru Tyerri Fremo bildirib ki, bu Fosterin Kann Film Festivalında qazandığı 9-cu mükafatıdır.

Sputnik Azərbaycan xarici mətbuata istinadən verdiyi xəbərə görə, festival 6-17 iyul tarixləri arasında keçiriləcək. Festivalın builki münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edir. Festivalda yalnız həmin ölkə tərəfindən təsdiqlənmiş vaksini vurduran şəxslər iştirak edir. Bundan başqa, festivalda iştirak etmək istəyənlər, 48 saat əvvəl koronavirus (COVID-19) testindən keçməlidirlər.

Xatırladaq ki, film festivalı ötən il pandemiya səbəbindən təxirə salınmışdı.

Amerikalı Spayk Linin (Spike Lee) sədrlik edəcəyi münsiflər heyəti hələ açıqlanmayıb. Bu haqda ötən ay Kann festivalının səlahiyyətli nümayəndəsi Tyeri Fremo mətbuat konfransında bildirmişdi. Qeyd edib ki, "Kann premyeraları" (Cannes Premiers) adlı yeni seksiyanın yaradılması festival həyatında ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar üçün nəzərdə tutulur.

Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiya olacaq. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

Logistika məsələlərinə gəldikdə isə festivalın səlahiyyətli nümayəndəsi bildirib ki, COVID-19 epidemiyasının öhdəsindən hələ gəlinməyib. Ona görə virusun yayılmasının qarşısını almağa və çox ehtiyatlı olmağa çağırış edib.

O vurğulayıb ki, Kann festivalının "Qızıl Palma" ali mükafatı uğrunda mübarizəyə qatılacaq 24 filmdən 4-nün rejissoru qadındır.

Festival Leos Karaksın "Annette" filmi ilə açılacaq, bağlanış üçün sürpriz film gözlənilir. Ümumiyyətlə, münsiflər heyətinə rəsmi olaraq 61 film təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı "Qızıl Palma Budağı"dır. Lakin sonralar may ayında keçirilməyə başladı. Bundan başqa, "Qran-pri", "Qızıl Kamera" mükafatları da həmin festivalın mükafatları sırasındadır.

Həmçinin oxuyun:

* Kann festivalının keçiriləcəyi tarix bəlli oldu

Xəbər lenti
0