Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun Çullu kəndindən videogörüntülər yayımlanıb.
Kənd 1993-2020-ci illərdə erməni silahlı birləşmələrinin nəzarətində olub. Həmin dövrdə erməni vandallar tərəfindən xarabalığa çevrilmiş kənd Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 2020-ci ilin oktyabrında işğaldan azad edilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən Çullu kəndindən çəkilmiş ən son görüntüləri təqdim edir.