Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ombudsman bir daha dünyaya iki yaşlı Zəhranın qətlini xatırladıb

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Ombudsman Səbinə Əliyeva bildirib ki, Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si isə yaralanıb.

BAKI, 4 iyul - Sputnik. "İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olub".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Ombudsmanının Zəhra Quliyevanın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında yer alıb.

"Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib", - deyə çağırışda qeyd edilir.

Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Zəhra Quliyevanın qətli

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olublar, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Həmçinin oxuyun:

Prezident İlham Əliyev: "Zəhranın qanı yerdə qalmadı"

XİN balaca Zəhrannın öldürülməsinin ildönümü ilə bağlı bəyanat verib

Ermənistan ordusuna ağır zərbə: Zəhranın qisası alındı

Xəbər lenti
0