BAKI, 3 iyul — Sputnik. SSRİ-nin dağılmasından sonra heç də bütün müəssisələr ittifaq respublikaları ilə əlaqələrini davam etdirə bilmədi. Ancaq bu respublikalarla nəinki əvvəlki müqavilələrini saxlayanlar, hətta daha da geniş şəkildə əməkdaşlıq etməyə başlayanların arasında Rusiyanın "Transmaşholdinq" (TMH) Qapalı Səhmdar Cəmiyyəti də var.
Bu həftə Moskva yaxınlığındakı "Metrovaqonmaş" müəssisəsi (TMH-nin tərkibinə daxildir) Azərbaycanın paytaxtına hər biri beş vaqon olmaqla dörd metro qatarı göndərib. Ümumilikdə hazırda 19 metropolitenin qatarlarında Mıtişinsk vaqonlarından istifadə olunur. Bu sıraya Bakı ilə yanaşı, Daşkənd, Minsk, Tbilisi, Kiyev, Xarkov, Dnepr, həmçinin Praqa, Budapeşt, Varşava, Sofiya və digər şəhərlərdə fəaliyyət göstərən metropoliten idarələri aiddir.
Bakı
Rusiyanın Mıtişinsk zavodu Bakı metropoliteni ilə açıldığı vaxtdan, yəni, 1967-ci ildən bəri əməkdaşlıq edir. Bakı metrosu SSRİ-də Moskva, keçmiş Leninqrad, Kiyev və Tbilisidən sonra açılan 5-ci yeraltı nəqliyyat vasitəsi idi. Həmin vaxtdan Bakı metrosunun vaqon tədarükçüsü dəyişməyib. Bakı metropolotenində Moksva yaxınlığındakı zavodda istehsal edilən 300-dən artıq vaqon istismardadır.
2015-ci ildən yeni qatarlar Bakının yeraltı nəqliyyatının vaqon tərkibini genişləndirir. Həmin il Azərbaycana Rusiyadan beş vaqondan ibarət 3 qatar göndərilib. Sonuncu müqavilə 2019-cu ilin oktyabr ayında imzalanıb və 2020-2023-cü illəri əhatə edir. Sənəd Azərbaycana illik 20 ədəd müasir metro vaqonunun göndərilməsini nəzərdə tutur.
Bu həftə Bakı Metropoliteninin qatarları müasir metro vaqonları ilə genişləndirilib - hər biri beş vaqondan ibarət 4 metro qatarı Rusiyadan Azərbaycana göndərilib. Rusiya mühəndisləri həmin qatarlarda məxsusi olaraq Bakı metrosu üçün orijinal rəng-qrafika sxemi hazırlayıb, faraların dizaynını dəyişdirib və yerli şəraitə uyğun məlumat sistemi quraşdırıblar. Metro vaqonlarının istismar müddəti 30 ilə hesablanıb.
Ancaq Mıtişinsk zavodunun Azərbaycanla əməkdaşlığı Bakıda metro açılmasından bir xeyli əvvəl başlayıb. Hələ 1926-cı ildə SSRİ-də ilk dəfə olaraq zavodda elektrikləşdirilmiş yollar üçün elektrikli vaqonların istehsalına start verilib. SSRİ-də ilk belə yol Azərbaycanda 1926-cı ildə Bakı-Sabunçu-Suraxanı marşrutu üzrə açlılıb. Yeri gəlmişkən, Moskva - Mıtişi dəmir yolu bundan bir qədər sonra, yalnız 1929-cu ildə istifadəyə verilib.
Daşkənd
Bu ilin aprel ayında "Metrovaqonmaş" Daşkənd metropoliteni ilə 40 metro vaqonunun istehsalı və təchizatı üçün müqavilə imzalayıb. Qatarların 2021-ci ilin sonunadək istehsal edilərək sifarişçiyə təhvil verilməsi planlaşdırılır. Söhbət hər biri 4 vaqondan ibarət 10 ədəd qatardan gedir. 2019-cu ilin payızında zavod Daşkəndə beş ədəd dördvaqonlu qatar göndərib. Müasir salonlu və iki tərəfə də keçidi olan yeni analoji qatarlar Moskva, Kazan və Bakı metropolitenlərində fəaliyyət göstərir.
Daşkənd metrosunun "Metrovaqonmaş"la əməkdaşlığı 1977-ci ilə, Özbəkistanın paytaxtında ilk metronun açıldığı dövrə təsadüf edir. Daşkənd metrosunun bu ilk vaqonları 1985-ci ildə istismardan çıxarılaraq eksponat kimi muzeyə təhvil verilib. Ümumilikdə 1977-ci ildən bəri Özbəkistanın paytaxtına 20-dən çox metro qatarının çatdırılması təmin edilib.
Ancaq "Transmaşholdinq" QSC Özbəkistanla yalnız metro sahəsində əməkdaşlıq etmir. Belə ki, son üç ildə Özbəkistana yeddi elektrovoz və dörd yük lokomotivi göndərilib. Özbəkistan dəmir yolu işçiləri üçün elektrovozlar ən müasir modifikasiyada hazırlanıb.
Özbəkistana tədarük edilənlərə analoji dizel lokomotivlərindən Monqolustanın Ulan-Bator dəmir yolu, Buryatiyanın Tuqnuysk kömür mədəni, Şhubarkolsk mədəni və Qazaxıstandakı Sokolovsko-Sarbaysk mədən və emal istehsalat birliyində istifadə olunur.
Minsk
Son üç ildə TMH Belarusa 20 sərnişin vaqonu göndərib. Bu vaqonların hamısı müasir rahatlıq və təhlükəsizlik tələblərinə uyğun olaraq hazırlanıb, kondisionerlər, ekoloji təmiz tualet kompleksləri, suyu və havanı dezinfeksiya edən sistemlər, video-müşahidə kameraları və yanğın siqnalları ilə təchiz olunub.
1998-ci ildən bəri Belarus Dəmir Yollarının vaqon parkının yenilənməsi çərçivəsində Tverskoy vaqonqayırma zavodları ("Transmaşholdinq"in tərkibinə daxildir) Minskə 90-dan çox vaqon və Minsk Vaqon Təmiri Zavodunda sonradan yığılmaq üçün 57 vaqon dəsti göndərib.
Nur-Sultan
Son üç ildə holdinq Qazaxıstana iki magistral teplovozu, 17 manevr teplovozu, lokomotiv daşıyan vaqonların yığılması üçün 200-dən çox dəst tədarük edib.
Bununla belə, "Transmaşholdinq" Qazaxıstana yalnız öz məhsullarını göndərmir, həm də yerli dəmir yolu maşınqayırma sənayesinin inkişafında iştirak edir. Belə ki, zavod Qazaxıstanın elektrik lokomotiv yığma zavodu və dizel lokomotiv montaj zavodu kimi yeni müəssisələrin həmtəsisçisidir. Hər iki müəssisənin fəliyyəti ilk növbədə Qazaxıstanın daxili ehtiyaclarını ödəməyə yönəldilib, ancaq MDB ölkələrinə tədarük də həyata keçirilir.
Qazaxıstan üçün sərnişin vaqonlarının istehsalı Tver vaqonqayırma zavodunun texnologiyası və xüsusi dəstləri əsasında bu ölkədəki "Tulpar" müəssisəsində təşkil edilir.
Vilnüs, Kaunas, Şaulyay və Sillamyae
2005-2015-ci illərdə "Metrovaqonmaş" şirkəti dəmir yolları üçün RA-2 avtobusları istehsal etdi. 2008-ci ilin fevral ayında "Metrovaqonmaş" ASC və Litva Dəmir Yolları ASC həmin avtobusların tədarükü ilə bağlı müqavilə imzaladılar.
2008-ci ilin iyun ayında Vilnüsdə avtobusların təqdimetmə mərasimi keçirildi. Təntənəli mərasimdə Litvanın o zamankı baş naziri Gediminas Kirkilas, rabitə və nəqliyyat naziri Algirdas Butkyaviçyus, həmçinin "Lietuvos gelezinkeliai" (Litva Dəmir Yolları) və "Transmaşholdinq"-in rəhbərliyi iştirak edirdi.
Ümumilikdə, Vilnüsə dörd dəmir yolu avtobusu gətirildi ki, onların da ikisi 3, ikisi isə 2 vaqonlu isi. Dörd RA-2 qatarının hamısı Litva Dəmir Yollarının Vilnüs deposuna təhvil verildi və onlar Vilnüs, Kaunas, Şaulyay arasında hərəkət etməyə başladı.
"Transmaşholdinq"-lə əməkdaşlıq daha sonra da davam etdirildi. 2013-cü ildə Litva Dəmir Yollarına və Sillamyae limanına (Estoniya) 16 modul manevr TEM-TMH lokomotivi göndərildi.
Razılaşmaya əsasən, TMH teplovoz komplektlərini öz tərəfdaşına - "Vilnüs Lokomotiv Təmir Deposuna" ötürdü. Burada son yığılma və tamamlanma işlərindən sonra teplovozlar istehlakçılara çatdırıldı. Bütün lokomotivlər Euro IIIA emissiya standartına cavab verən "Caterpillar" dizelləri ilə işləyir.
Təqdirəlayiq haldır ki, bu manevr kapot tipli teplovozlar "Transmaşholdinq"-in təcrübəsində ilk idi və TEM18 lokomotivi əsasında Vilnüs Lokomotiv Təmir Anbarı və Çex şirkəti CZ LOKO ilə birlikdə hazırlanmışdı.
TEM-TMH teplovozları Baltikyanı ölkələrə 2010-cu ildən bəri tədarük olunur. Onlardan 17-si Litva dəmir yolu şəbəkəsində, biri isə Sillamyae limanındadır.
Eləcə də oxuyun:
-
Vaqonlar vandalizmə məruz qalıb? Metropoliten məsələyə aydınlıq gətirdi
-
Rusiyadan Bakıya yeni qatarlar göndərilib