Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Quruyan gölün dibində Lionel Messinin portretini çəkdilər

Abunə olmaq
İranın Sircan şəhərində qurudulmuş gölün dibinə “Barselona” futbol klubunun keçmiş ulduzu Lionel Messinin 2000 kvadratmetrlik portreti həkk edilib. Bəs bu qeyri-adi rəsm necə görünür - videomuzda.

Tədqiqatçı və rəssam Əbulfəzi Sadeqinin sözlərinə görə, rəsm kömür və su qarışığı ilə çəkilib. Futbol əfsanəsinin portretinin yaradılması zamanı sahə GPS-lə nişanlanıb.

Nəhəng portretin həkk olunacağı sahə beş hissəyə bölünüb.

"Həmin hissələrdən birində futbolçunun saçı və saqqalı, ikincisində gözləri və ağzı, üçüncüsündə sol qulağı, dördüncüsündə isə bədəninin “Eternal 10” döyməsi olan qismi təsvir edilib. Futbolçunun sağ qulağı, saçının və saqqalının qalan hissəsi isə beşinci hissədə yer alıb", - deyə rəsmin müəllifi məlumat verib.

Sadeqi portretin fotolarını sosial media səhifəsində yerləşdirdikdən sonra bu paylaşım diqqəti cəlb edib. Messinin rəsmi hesabında da həmin fotolar yer alıb.

Xəbər lenti
0