Bu ölkə koronavirus vaksinini məcburi etdi

Düşənbə
Düşənbə - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Məlumatda qeyd olunur ki, koronavirus əleyhinə peyvənd olunmayan şəxslər tibbi yardım üçün ailə həkimlərinə, yaxud yerli tibb müəssisəsinə müraciət etməlidirlər.

BAKI, 3 iyul - Sputnik. Tacikistanda koronavirus əleyhinə vaksinasiya 18 yaşdan yuxarı hər kəs üçün məcburi elan edildi.

Sputnik Azərbaycan-ın məlumatında görə, bu barədə Tacikistanın "Xovar" milli informasiya agentliyi xəbər yayıb. 

Məlumatda qeyd olunur ki, koronavirus əleyhinə peyvənd olunmayan şəxslər tibbi yardım üçün ailə həkimlərinə, yaxud yerli tibb müəssisəsinə müraciət etməlidirlər.

Bundan əlavə, ölkə əhalisinə şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək, fərdi qoruma vasitələrindən istifadə etmək, eləcə də tədbirləri az sayda insanlarla keçirmək tövsiyə olunub. Ölkədə ümumilikdə 13569 şəxsdə koronavirus qeydə alınıb. 13300 xəstə sağalıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0