CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görkəmli bəstəkarımız medalla təltif edilib

© Photo : REPORTПредседатель Союза композиторов Азербайджана, народная артистка Фирангиз Ализаде
Председатель Союза композиторов Азербайджана, народная артистка Фирангиз Ализаде - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Bəstəkarlar İttifaqının rəhbəri DSX-nın Nümuməvi Hərbi orkestri ilə əməkdaşlığına görə mükafatlandırılıb.

BAKI, 2 iyul — Sputnik. Milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı təqdim edərək, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi olaraq vurğulayıb.

F.Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək öz dərin minnətdarlığını bildirib. Bu il pandemiya səbəbindən "Şəki İpək Yolu" Beynəlxalq Musiqi Festivalının keçirilməsi qeyri-mümkün olsa da, F.Əlizadə qeyd edib ki, gələcəkdə Bəstəkarlar İttifaqının orkestr ilə əməkdaşlığı uğurla davam etdiriləcək.

Məlumat üçün bildirək ki, F.Əlizadə bir bəstəkar, pianoçu, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bir pianoçu kimi o, Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, C.Kramb kimi bəstəkarların əsərlərinin ölkəmizdə ilk dəfə ifa edib və onların tanıdılmasında mühüm rol oynayıb. O, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olub. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. Bakıda ilk "Müasir Musiqi" Festivallarının təşkilatçılarından biridir.

F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunub. O, həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. 1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunub. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulub. 1998-ci ilə qədər F.Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. 1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət olunub.

Xəbər lenti
0