SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Namiq Əliyev: “Bir çox tərəfdaşlar normalara qarşı qeyri-ciddi davranışlar sərgiləyir”

© Sputnik / Murad OrujovНамик Алиев – заведующий кафедрой международных отношений и внешней политики Академии государственного управления при Президенте Азербайджанской Республики
Намик Алиев – заведующий кафедрой международных отношений и внешней политики Академии государственного управления при Президенте Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Dövlət İdarəçilik Akademiyasının beynəlxalq əlaqələr və xarici siyasət şöbəsinin müdiri Namiq Əliyev deyib ki, beynəlxalq hüququn tətbiq olunmadığı şəraitdə ölkələr yerli beynəlxalq normaları qəbul etmək məcburiyyətində qalırlar
Namiq Əliyev: “Xəzər ətrafı ölkələr arasında anlaşma şəraiti və etimad əlaqəsi qurulub”

“Beynəlxalq hüquqda böhran dövrünü yaşayırıq, bir çox tərəfdaşlar uzun illər ərzində hazırlanmış normalara qarşı qeyri-ciddi davranışlar sərgiləyir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq əlaqələr və xarici siyasət şöbəsinin müdiri Namiq Əliyev deyib.

Xəzərin hüquqi statusu haqqında danışan Namiq Əliyev bildirib ki, konvensiyanın qəbulu göstərir ki, universal beynəlxalq hüququn tətbiq olunmadığı şəraitdə ölkələr yerli beynəlxalq normaları qəbul etmək məcburiyyətində qalırlar: “Xəzərin problemləri bir neçə aspektdə nəzərdən keçirilməlidir. İlk növbədə Xəzərdə təhlükəsizlik barədə danışmaq lazımdır. Xəzər ətrafı ölkələr arasında anlaşma şəraiti və etimad əlaqəsi qurulub, lakin təhlükəsizlik haqqında danışanda, bölgə ölkələri bunun siyasi, iqtisadi və ekoloji təhlükəsizliyini də nəzərə almalıdır”.

Namiq Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0