Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Laçın rayonunun Seyidlər kəndindən yeni videogörüntülər paylaşıb. Görüntülərdən göründüyü kimi, bu kənd də 30 il ərzində işğal altında qalmış digər Azərbaycan kəndləri erməni vandalizminə məruz qalıb. Sadəcə evlərin qalıqları bir zamanlar buranın yaşayış məskəni olduğunu təsdiqləyir.
Seyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 1 dekabrında isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli Qarabağ üzrə üçtərəfli bəyanata əsasən Azərbaycana geri qaytarılıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin Laçın rayonunun Seyidlər kəndindən yaydığı ən son görüntüləri təqdim edir.