Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların müəllifi vəfat etdi

© AFP 2024 / DoD / CHERIE A THURLBYДональд Рамсфелд
Дональд Рамсфелд - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld Nyu-Meksika ştatının Taos şəhərində vəfat edib. O, 2003-cü ilin dekabrında Azərbaycana səfər etmişdi.

BAKI, 1 iyul — Sputnik. İki dəfə ABŞ-ın müdafiə naziri – Pentaqon rəhbəri olmuş Donald Ramsfeld 88 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Ramsfeldin yaxınları da təsdiqləyib.

Qeyd olunur ki, Donald Ramsfeld Nyu-Meksika ştatının Taos şəhərində vəfat edib.

Sabiq Pentaqon rəhbəri ağır xəstəlikdən vəfat edib, o çoxsaylı mielomadan əziyyət çəkirmiş.

Ramsfeld iki dəfə ABŞ-ın müdafiə naziri olub. O, ilk dəfə - 1975-1977-ci illərdə ABŞ Prezidenti Cerald Fordun Administrasiyasında, ikinci dəfə isə 2001-2006-cı illərdə oğul Corc Buşun Administrasiyasında Pentaqon rəhbəri olub.

Ramsfeld 11 sentyabr 2001-ci il terror aktlarında sonra Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların müəllifi kimi tanınır.

Vaşinqtonun keçirdiyi əməliyyatların məqsədlərindən biri "Əl-Qaidə" rəhbəri Usama ben Ladenin zərərsizləşdirilməsi idi. ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) ben Ladenin yerinə dair məlumata görə 25 milyon dollar pul mükafatı da qoyub. Lakin ben Laden 2011-ci ildə ABŞ tərəfindən zərərsizləşdirilib.

ABŞ və müttəfiqlərinin İraqda keçirdiyi hərbi əməliyyatlar mart ayında başlayıb və may ayına qədər davam edib. Vaşinqton Səddam Hüseyn rejimini "Əl-Qaidə" daxil olmaqla, beynəlxalq terrorizmdə və kütləvi qırğın silahlarının hazırlanması və saxlanılmasında ittiham edib. Əməliyyatlar nəticəsində Səddam Hüseyn devrilib və edam olunmuşdu.

Ramsfeldin Azərbaycan səfəri

ABŞ-ın müdafiə naziri Donald Ramsfeld 2003-cü ilin dekabrın üçündə Azərbaycana da səfər edib. O, vaxt onu hava limanında Azərbaycanın sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyev qarşılayıb.

Həmin vaxt Ramsfeld açıqlamasında bildirmişdi: "Müdafiə naziriniz və mən Brüsseldən, NATO-nun toplantısından yenicə qayıtmışıq. Günün sonunda müdafiə naziri və Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılıb. Sonra bizim mətbuat konfransımız olacaq. Biz ölkələrimiz arasındakı əlaqələr ilə bağlı mühüm məsələləri müzakirə edəcəyik".

Qeyd edək ki, Azərbaycanın ABŞ-la Əfqanıstanda keçirilən hərbi əməliyyatlar və sülhməramlı missiya ilə bağlı müttəfiqlik münasibətləri də Ramsfeldin zamanında başlayıb.    

Xəbər lenti
0