Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb

© © Photo: Milli MajlisSədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında
Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında  - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında olub

BAKI, 1 iyul — Sputnik. Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.

Sonra Milli Məclisin Sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. Spiker tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.

Azərbaycan və Macarıstan arasında münasibətlərə toxunan Milli Məclisin sədri qeyd edib ki, Macarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlər və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. İqtisadi əlaqələrimiz günbəgün genişlənir.

© Photo : © Photo: Milli Majlis Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında
Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında

Daha sonra parlamentlərarası əməkdaşlığa toxunan Sahibə Qafarova qeyd edib ki, bu səviyyədə təmaslar dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İnanıram ki, parlamentarilərimiz mövcud əməkdaşlıq ənənəsini Parlamentlərarası Birlik, AŞPA, ATƏT PA, NATO PA, eləcə də Avropa Parlamenti və digər beynəlxalq parlament təşkilatları çərçivəsində davam etdirəcəklər.

Çıxışında TÜRKPA-nın fəaliyyətini xüsusi qeyd edən spiker Macarıstanın həmin qurum çərçivəsində Türk dünyası ilə artan əməkdaşlığı təşviq etməsindən məmnunluğunu ifadə edib.

Spiker qeyd edib ki, son illərdə Azərbaycanın təşəbbüsü ilə genişmiqyaslı qitələrarası enerji və nəqliyyat layihələri uğurla həyata keçirilib. Sahibə Qafarova bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi barədə danışıb.

© © Photo: Milli Majlis Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edir
Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edir

Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa və inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. Spiker ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. O, təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan özü bu qərarların icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Spiker Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə və macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər və kəndlərimizə vurduqları ziyandan danışıb, onların tarixi-mədəni abidələrimizi məhv etdiklərini bildirib, məscidlərimizi dağıtdıqlarını, milli sərvətlərimizi talan etdiklərini macar ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb.

© © Photo: Milli Majlis Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında
Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında

S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var, - deyən Milli Məclisin sədri ilk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb və ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

Milli Məclisin Sədri Ermənistanın uydurma "hərbi əsirlər" iddiasına da diqqət çəkərək, onların işğaldan azad olunmuş ərazilərdə törətdikləri təxribatlardan, hərbi cinayətlərdən danışıb, erməni tərəfinin 3 tərəfli bəyanata əməl etməyərək sərhəddə təxribatçı əməllərə əl atdığını söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh və sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımı addımları atır və atmağa davam edəcək.

Milli Məclisin nümayəndə heyətinin Macarıstan səfəri

İyunun 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

© © Photo: Milli Majlis Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında
Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında

“Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Atilla Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Xəbər lenti
0