“Azərbaycan və Ermənistan tərəfindən noyabrın 9-da əldə edilmiş razılaşma çərçivəsində Türkiyə ilə səylərimizi yaxından koordinasiya edirik”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalya şəhərində keçirilmiş görüşdən sonra mətbuat konfransında deyib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, nazirlərin görüşü olduqca mühim idi: “Hər iki dövlətin Cənubi Qafqazda maraqları mövcuddur. Rusiya Azərbaycanla strateji partnyorluq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda şübhə etmirəm ki, Türkiyə tərəfi Azərbaycanın baş verən proseslərlə bağlı mövqeyini çox düzgün və ətraflı şəkildə Rusiyaya çatdırıb. Post-münaqişə dövründə baş verənlər bizi narahat edir. Şübhə etmirəm ki, bütün məsələlər nazirlərin görüşündə müzakirə predmeti olmuşdur. ”
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz