Bu gün, 1 iyul tarixi Azərbaycanda sosial şəbəkələrdə Bakılılar Günü kimi qeyd olunur. Düzdür, bu bayram rəsmi şəkildə keçirilməsə də, bakılılar özləri belə bir günün olduğunu iddia edirlər. Əslində bu günün qeyd olunmasının nədən, hansı hadisədən qaynaqlandığı isə bəlli deyil.
Eldar Mansurov və Rafiq Seyidzadə köhnə Bakı küçələrini dolaşaraq müsahibələrində köhnə Bakı ilə bağlı xatirələrini bölüşüblər. Köhnə Bakı və müasir Bakının fərqlərindən danışıblar. Müsahiblərimiz əsl bakılılar necə olur mövzusunda ətraflı danışıblar.
Müsahibənin sonunda isə bölgədən asılı olmayaraq bütün Azərbaycan xalqına arzu və istəklərini çatdırıblar.