CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz uşaq sosial xidmət müəssisələrindən ailələrinə geri qayıdıb

© Sputnik / Irade JELILДети в Хырдалане, фото из архива
Дети в Хырдалане, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar arasında ailələlərinə geri qaytarılanların olduğunu açıqlayıb.

 

BAKI, 1 iyul — Sputnik. Keçən il və cari ilin ötən dövründə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən 30 uşaq ailələrinə geri qayıdıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı (Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşaq daimi dövlət himayəsində yaşamaqla, onlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, "İnkişaf mərkəzi" və "kukla teatrı" otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılları səhnələşdirməklə uşaqlarda zehni inkişaf etdirilməsinə kömək edir.

Media nümayəndələri bu müəssisələrdə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə də tanış ediliblər. Bu dərnəklərdə uşaqlar müxtəlif əl işləri (rəsm, ağacdan oyma, muncuqla tikmə və s.) hazırlayır, musiqi alətlərində ifa etməklə, rəqslə, mahnı oxumaqla, habelə idman zallarında yüngül atletika, tennis, boccia, futbolla məşğul olurlar. Hər iki sosial xidmət müəssisəsinin sakinlərinin respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakı da təmin edilir və onlar bu yarışlarda medallar qazanırlar.

Qeyd edək ki, ötən il bu müəssisələrdən 22 nəfər, bu ilin 6 ayı ərzində isə 8 uşaq öz ailələrinə geri qayıdıb.

Xəbər lenti
0