BAKI, 1 iyul — Sputnik. Bu gündən başlayaraq hər bir internet istifadəçisi Andrey Stenin adına müsabiqənin 2021-ci il üzrə qısa siyahısına daxil olmuş fotolardan ən uğurlu hesab etdiyinə səs verə bilər: artıq müsabiqə saytının rus (https://stenincontest.ru/winners2021/) və ingilis (https://stenincontest.com/winners2021/) versiyalarında onlayn səsverməyə start verilib. Səsvermədə iştirak etmək üçün "ВКонтакте", "Facebook", "Twitter" sosial şəbəkələrindən birində və ya Çinin "Weibo" servisində hesaba malik olmaq tələb edilir.
Səsvermə iyulun 31-i saat 23:59-a (Moskva vaxtı ilə) kimi açıqdır. Onlayn-səsvermənin qalibi avqustun əvvəlində elan olunacaq, internetdə ən məşhur fotonun müəllifi isə müsabiqənin diplomu ilə təltif ediləcək.
Andrey Stenin adına müsabiqənin kuratoru, "Rossiya Seqodnya" media qrupunun vizual layihələr xidmətinin rəhbəri Oksana Oleynikin fikrincə, artıq müsabiqənin yaxşı ənənəsinə çevrilmiş onlayn səsvermə yalnız iştirakçıların əsərlərini qiymətləndirmək baxımından özünəməxsus formatda xalq səsverməsi demək deyil, həm də "səsvermədə iştirak edəcək internet istifadəçiləri foto sənətinin biliciləri kimi yaxşı seçim etmək qabiliyyətinə malikdirlər və müasir foto dünyası ilə bağlı daha çox şey öyrənib anlamaq istəyirlər. Və çox xoşbəxtik ki, beynəlxalq fotojurnalistika aləminin ən yaxşı, ən parlaq nümayəndələri – bizim laureatların əsərləri bu işdə onlara kömək edir".
Stenin adına müsabiqənin əsas mükafatını – Qran-prini kimin qazandığı, eləcə də, digər mükafatçıların adları sentyabr ayında elan olunacaq. Həmin vaxt qaliblərin adları stenincontest.ru | stenincontest.com. saytları vasitəsilə açıqlanacaq.
Müsabiqənin təşkilat komitəsinin planında, həmçinin ilin sonuna kimi qaliblərin dünya şəhərləri üzrə ənənəvi roud-şousuna start vermək də var.
Müsabiqə haqqında:
"Rossia Seqodnya" BİA-nın təşkilatçılğı və UNESCO üzrə Rusiya Komissiyasının himayəsi ilə keçirilən Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi gənc fotoqrafları dəstəkləmək və cəmiyyətin diqqətini müasir fotojurnalistikanın problemlərinə yönəltmək məqsədi daşıyır.
Bu, istedadlı, həssas və hər bir yeniliyə açıq, eyni zamanda, diqqətimizi ətrafımızdakı insanlara, hadisələrə yönəldən gənc fotoqraflar üçün platformadır.
Müsabiqənin əsas informasiya tərəfdaşları qismində "Rossiya-Kultura" ümum-Rusiya dövlət televiziyası (https://smotrim.ru/pick/kultura), "Moskva 24" telekanalı (https://www.m24.ru/), "Vesti.ru" informasiya xəbər portalı (https://www.vesti.ru/) çıxış edir.
Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları sırasında isə "Sputnik" informasiya agentliyi və radiosu, RT telekanal və portalı (https://www.rt.com/), "Askanews" informasiya agentliyi (https://www.askanews.it/), "Independent Media" holdinqi (https://www.independentmedia.co.za/), "Telam" informasiya agentliyi (https://www.telam.com.ar/), ANA xəbər agentliyi (https://www.africannewsagency.com), "Shanghai United Media Group" (SUMG) (http://www.sumg.com.cn/English/), "China Daily" qəzetinin internet portalı (http://www.chinadaily.com.cn), "The Paper-in" internet portalı (https://www.thepaper.cn/), "Al Mayadeen" media şəbəkəsi (https://www.almayadeen.net/), "Prensa Latina" informasiya agentliyi (https://www.prensa-latina.cu/), DBW internet portalı (https://www.dbw.cn/) var.