Ermənistan güc strukturlarında kütləvi istefalar

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Ermənistan mətbuatı yaxın vaxtlarda güc strukturlarında kadr təmizliyinin aparılacağını yazır. Bu və ya digər səbəblərə görə hökumətin diqqətini cəlb etmiş məmurlar növbə ilə istefaya göndəriləcəklər.

BAKI, 30 iyun — Sputnik. Ermənistanın İstintaq Komitəsində ciddi istefalar həyata keçirəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın "Johovurd" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ermənistanın İstintaq İdarəsinin xüsusi işlər üzrə Baş İdarəsinin rəisi Artur Melikyan tutduğu vəzifədən azad olunacaq.

"Yaxın vaxtlarda biz güc strukturlarında kadr təmizliyinin şahidi olacağıq. Bu və ya digər səbəblərə görə hökumətin diqqətini cəlb etmiş məmurlar növbə ilə istefaya göndəriləcəklər. Onların əvəzinə yeni təyinatlar olacaq", - deyə nəşr yazıb.

"Qraparak" nəşri isə öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyində qalmaqalın olacağını yazıb. Nəşr yazır ki, iyulun birinə qədər xaricdə yeni iş yerlərinə getməli olan onlarla erməni diplomatın bu ölkələrə göndərilməsi təxirə salınıb. Nəşr yazır ki, buna səbəb həmin diplomatların Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan tərəfindən təyin olunmalıdır.

Ayvazyanın istefası

Qeyd edək ki, mayın 27-də xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan Nikol Paşinyanın Azərbaycanla təmas xəttində vəziyyətin deskalasiyası barədə planını açıqlayandan sonra istefa verib.

Bundan sonra erməni mətbuatı XİN-də gözlənilən kütləvi istefalardan yazmağa başlayıb. Daha sonra xarici işlər nazirinin dörd müavini – Qagik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Arment Gevondyan da istefa ərizəsi yazıblar. Sonuncunun istefası qəbul edilməyib.

Hazırda Ermənistan hakimiyyət dairələrində xarici işlər naziri və onun müavinləri vəzifəsinə namizədlərin fəal axtarışı gedir. 

"Hazırda seçim Baş nazirin müavininin səlahiyyətlərini icra edən Mger Qriqoryanın üzərində dayanıb", – deyə mətbuat yazır.

O da qeyd olunur ki, Qriqoryanın namizədliyi Rusiya tərəfindən qəbulediləndir, bundan başqa, o, böyük iş təcrübəsinə malikdir.

Qriqoryan özü isə bu məsələyə münasibət bildirmək istəməyib, sadəcə,  onda belə bir məlumatın olmadığını qeyd edib. "Bəs belə bir təklif gələrsə, qəbul edərsinizmi?" sualına cavabında isə yeni hökumətin formalaşdırılması ilə bağlı suallara cavab vermədiyini deyib.

Keçmiş nazir minalanmış ərazilərin xəritəsini gizlədirmiş

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə ittiham edib. O bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb.

"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu", - deyə o qeyd edib.

A.Qriqoryanın sözlərinə görə, A. Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini əngəlləyib.

A.Qriqoryan hesab edir ki, sabiq nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və o, yalnız Baş nazir əvəzi Nikol Paşinyanın siyasi komandası üçün problemlər yaratmaq məqsədi güdüb: "Bizdə suallar yaranır, necə oldu ki, problem uzun müddət həll olunmurdu, Ara Ayvazyan istefa verən kimi və danışıqlarda iştirakı dayanan anda məsələ həllini tapdı?"

Ermənistan hakimiyyətinin mina xəritələrini əsirlərin qaytarılması qarşılığında təhvil verməyə hazır olub-olmaması barədə suala cavabında A. Qriqoryan istənilən konstruktiv addıma analoji qaydada cavab verməyə hazır olduqlarını deyib.

Eləcə də oxuyun:

Xəbər lenti
0