Suriyada krizis böyüyür

© AFP 2024 / STRВид Дейр-эз-Зора во время операции сирийской армии против террористов, 2 ноября 2017 года
Вид Дейр-эз-Зора во время операции сирийской армии против террористов, 2 ноября 2017 года - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Dünya Qida Proqramı (WFP) yardımların Türkiyə üzərindən Suriyadakı rejim tərəfindən idarə olunmayan bölgələrə çatdırılmasına imkan verən BMT tənzimləməsinin uzadılması ilə bağlı çağırış edib.

BAKI, 27 iyun — Sputnik. BMT-nin Dünya Qida Proqramı Suriyada 12.4 milyon insanın qida əlçatanlığı ilə bağlı problem yaşadığını açıqlayıb. Sputnik Azərbaycan-ın xarici mediaya istinadən xəbərinə görə, ötən illə müqayisədə bu rəqəmdə 4.5 milyon artım olub.

Dünya Qida Proqramı (WFP), yardımların Türkiyə üzərindən Suriyadakı rejim tərəfindən idarə olunmayan bölgələrə çatdırılmasına imkan verən BMT tənzimləməsinin uzadılması ilə bağlı çağırış edib. Qeyd olunub ki, bu müddət uzadılmadığı təqdirdə 10 iyulda yardımlar dayandırılacaq. Bu səbəbdən həmin müddətin 1 il daha artırılması təklif olunur.

Bundan başqa, qeyd olunub ki, Suriyada qida qiymətləri son 1 ildə kifayət qədər qalxıb. İnsanlar daxili müharibə ilə əlaqədar çox yer dəyişdikləri üçün artıq qida üçün xərcləməyə vəsaitləri qalmayıb. Bu səbəbdən son illərdə qidaya əlçatanlıq problemi daha da dərinləşib. 

Xüsusən də Şimal-qərbi Suriyada bu problemin getdikcə daha da dərinləşdiyi bildirilir. Qeyd olunur ki, bu bölgədə 2.4 milyon insan Türkiyə sərhədini keçərək qida, dərman və digər zəruri tələbatları qarşılacaqlarına ümidlidirlər.

Suriyada müharibə

2011-ci ilin yazında artan yerli vətəndaş narazılığı getdikcə Bəşər Əsəd hakimiyyətinı qarşı çoxtərəfli, çoxsəviyyəli silahlı müharibəyə çevrildi. 

Vaxt keçdikcə bu müharibəyə nəinki bölgə dövlətləri, eləcə də beynəlxalq təşkilatlar, hərbi-siyasi qruplaşmalar və hegemon dövlətlər də qoşuldular.

Əsas iştirakçılar Bəşər Əsədin tərəfində olan müntəxəm silahlı və hərbi birləşmələr (Suriya ərəb silahlı qüvvələri, Milli Müdafiə Qüvvələri və s.), "mülayim" Suriya müxalifətçiləri (Azad Suriya Ordusu, ərəb sünnü tayfa birləşmələri), kürdlər, terrorçu qruplaşmalardır. 

MÜnaqişə tərəfləri müxtəlif dövlətlərdən hərbi yardım alır: hökumət qüvvələrinə Rusiya ilə İran, müxalifətə qərb dövlətləri, Türkiyə, Körfəz monarxiyaları dəstək verirlər. 

2018-ci ilin rəqəmlərinə görə, hərbi münaqişə səbəbindən 2011-ci ildən ölkəni 6.9 milyon insan tərk edib. həmin il dekabrın 1-nə olan məlumata görə, 45 dövlətin ərazisində rəsmi qeydiyyata düşmüş 6 664 415 suriyalı qaçqın yaşayır.

 

Eləcə də oxuyun:

  • Suriyada prezident seçildi

  • "Amerikalılar, evinizə gedin!": Suriyada nə baş verir

Xəbər lenti
0