BAKI, 27 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin hökumətə ölkəyə əmək miqrantı qismində gələn xarici ölkələrin vətəndaşlarının, eləcə də vətəndaşlığı olmayan şəxslərin vaksinasiyasını təşkil etməyi tapşırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Bu proses iyulun 15-dək aparılmalıdır. Eyni zamanda RF Nazirlər Kabineti peyvənd prosesinin maliyyələşdirilməsi üçün qaynaqları da seçməlidir.
Bundan başqa, Rusiya lideri hökumətə iyunun 30-dək Rusiya ərazisində olan əcnəbilərin qarşılıqlı əsaslarla peyvəndlənməsi tədbirləri haqda hesabat hazırlanmasını tapşırıb.
Rusiyada koronavirus
Son sutka ərzində Rusiyada 20538 koronavirusa yeni yoluxma faktı aşkarlanıb. Operativ Qərargahın məlumatına görə, yoluxma halları ölkənin 85 bölgəsində qeydə alınıb. Ümumilikdə pandemiya dövründə Rusiyada yeni tip koronavirusa 5 451 291 nəfər yoluxub.
Sutka ərzində ən çox yoluxma halı Moskvada (6723), Moskva ətrafında (2608), Sankt-Peterburqda (1298) qeydə alınıb.
Ötən gün ərzində 599 nəfər koronavirusdan vəfat edib, pandemiya dövründə 133282 nəfər bu virusdan həyatını itirib.
Eləcə də oxuyun:
-
Putin miqrantların Rusiyada qalma müddətini uzadıb
-
Rusiya miqrantlara qarşı tələbləri sərtləşdirir - Rusca bəzi ifadələri əzbər bilməlisiniz
-
Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər