Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
Hərbi ekspert Ədalət Verdiyev Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bir çox qərb dövlətləri tərəfindən tədqiq olunur: “Müxtəlif hərbi mərkəzlərdə Azərbaycan ordusunun döyüş təcrübəsi təhlil edilir, əməliyyatların gedişi və nəticələri öyrənilir. Müharibədə qazandığımız parlaq qələbə hər bir vətəndaşımızı üçün, xüsusi ilə gənclərimiz üçün bir örnək oldu. Şanlı Silahlı Qüvvələrimiz ilk dəfədir ki, yaradılmasının 103-cü ildönümünü qalib bir Silahlı Qüvvələr kimi qeyd edir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlarla özünün bir qalib ordu obrazını dünya ictimaiyyətinə qəbul etdirdi”.
Ədalət Verdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz