Ölkənin bütövlüyünü təmin etməyə və onu xarici təhlükələrdən qorumağa qadir güclü silahlı qüvvələr istənilən əzəmətli dövlətin ayrılmaz atributudur. Azərbaycan Silahlı Qüvvələri Günündə Sputnik Azərbaycan amerikalı alimlərin müxtəlif ölkələrin ordularına həsr etdiyi araşdırma əsasında xüsusi infoqrafika hazırlayıb.
Materialda dünyanın aparıcı ordularının şəxsi heyəti və SQ barədə digər məlumatlar yer alır. Göstəricilərinə görə Çin Xalq Respublikası iki milyondan çox şəxsi heyət sayı ilə sözsüz liderdir.
Hindistan, KXDR, ABŞ, Rusiya və Türkiyə də topdadır.
Azərbaycan Ordusunun hərbçilərinin sayı 374 mindən çoxdur, ancaq səfərbərlik edilərsə, bu rəqəm on dəfəyədək arta bilər.